Məgər din sevgidən başqa bir şeydirmi?
Həzrət Peyğəmbərin (s) rəftar və əməli hüccətdir. Peyğəmbərə (s) itaət etmək – Allaha itaət etmək deməkdir. Peyğəmbərə (s) itaət etmək – İlahi əfvə səbəb olar. Peyğəmbərə (s) itaətsizlik etmək isə küfrə bərabərdir.
“De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”.” De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir”. (“Ali-İmran” 31-32). Bu ayələrdən belə nəticə çıxartmaq olur ki, sevgi zəif qəlb əlaqəsi deyildir, onun təsiri insanın əməlində özünü göstərməlidir. O kəs ki, Allahı sevdiyini iddia edir, bu sevginin ilk nişanəsi – Peyğəmbərə (ə) və İmamlara (ə) itaət etməkdir. Dinimiz buyurur ki, sevgi heç bir zaman birtərəfli olmaz. Çünki hər bir sevgi ona sahib olanı vadar edir ki, Məhbubuna qarşı hisslərini bəyan etsin. Belə olan zaman Məhbub da ona əlaqə göstərər. Bir nəfər İmam Sadiqə (ə) deyir: “Canım sənə fəda olsun. Biz övladlarımıza sizin və atalarınızın adını qoyuruq. Bizim üçün faydalıdırmı?”. Həzrət Sadiq (ə) buyurur: “Məgər din sevgidən başqa bir şeydirmi?”. Bu hədisin mənası odur ki, dinin həqiqəti və ruhu – Allaha olan eşq və sevgidir. İman və eşqin nuru insan batinini nurlandırar və bütün bədən üzvləri bu şüanın təsiri altına düşər. Onun bariz nümunəsi də Allaha itaət etməkdir. Hər kim Allahı sevərsə, Peyğəmbərə (s) itaət edər. Hər kim itaətsizlik edər, kafirlərdən olar. Allah isə kafirləri sevmir. Onların Peyğəmbərə (s) itaətsizlik etməsi o deməkdir ki, Allahı sevmirlər. Ona görə Allah da onları sevməz. Çünki bir tərəfli sevgi mənasız olardı. Beləliklə deyə bilərik ki, Allaha itaət etməklə Peyğəmbərə (s) itaət etmək bir-birindən ayrılmazdır. Bu ayələrdən çıxartdığımız nəticələr: - Hər iddia əməllə isbat olar. - Allaha iman gətirmək – Peyğəmbərin (s) ardıcılı olmaq deməkdir. - Hər kim əməldə süst olar, həqiqətdə sevgi bünövrəsi süstdür deməkdir. - Cəmiyyətin islah yolunda hisslərdən yardım almaq lazımdır. - Peyğəmbərin (s) buyurduqları, əməli və sükutu hüccətdir. - Peyğəmbər (s) məsumdur. - Əgər Allahın sizi sevməsini istəyirsinizsə, o zaman Peyğəmbər (s) sünnətinin ardınca gedin. - İnsan elə bir məqama çata bilər ki, onun rizası Allahın rizası, onun ardıcılı Allahın ardıcılı olar. - Ən üstün savab – mənəvi savabdır. Allahın sevgisini qazanmaq və məğfirəti əldə etmək – möminlər üçün ən yaxşı mükafatdır. - Dostluğun nişanəsi pisliklərin üstünü örtmək və güzəşt etməkdir. - Yaxşı işlər günahları əfv etdirər. - Peyğəmbərə (s) itaət etmək İlahi əfvə səbəb olar. /Deyerler.org/ Oxşar xəbərlər
|