Dünyanı sevənlər Əhli-Beyti (ə) dərk etmirlər
Mьəllif: admin1
Tarix: 13-10-2024, 12:29
Dünyanı sevənlər Əhli-Beyti (ə) dərk etmirlər
Hər kim həyatının hər bir sahəsindən Əhli-Beytə (ə) müraciət etsə, başa düşdüyi və tutumu qədər onların vilayətindən və Qurandan bəhrələnsə və onlar özləri üçün örnək qərar versə və həqiqətlərini dərk etsə - Siratül-müstəqim yoluna qədəm basmış olar ki, həqiqi möminin getməli olduğunu doğru yoldur. Bu cür insanın əcri Allahladır.

Ancaq çox təəssüf ki, maddiyyatçı dünyapərəstlər bu həqiqəti qəbul etmək istəmirlər. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!”. (“Ənam” 122).

Bu cür insanlar cəhalətin zülmətində yaşayır və ondan xaricə çıxa bilmirlər. Ona görə də heç bir zaman risalət və vilayətin həqiqətini dərk edə bilmirlər. Onlar bu Məsum insanları (ə) özləri üçün örnək qərar vermirlər, əskinə, onlara qarşı küfr edirlər.

Ona görə də Quran buyurur ki, o kəslər ki, Peyğəmbərin (s) risalətini qəbul etmirdilər – onlar maddiyyata qərq olmuş və cəhalət quyusuna düşmüş insanlardırlar. Onlar Siratül-müstəqimi tanımırlar, ona görə də onun əhlini də tanımırlar. Onlar Quran ayələrinə tab gətirə bilmirlər.

Hər kim Quranı tanımaz, Əhli-Beyti (ə) də tanımaz. Onların qəblini pərdə örtmüşdür və həqiqətlərini dərk etməkdən acizdirlər.

Bu pərdənin meydana gəlməsinin səbəbi isə çoxlu günahlar və xatalardır. “Əgər onları doğru yola dəvət etsəniz, eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər”. (“Əraf” 198).

Çünki onların zahiri gözü görür, qəlb gözləri kordur. Zahiri görürlər, ancaq həqiqətləri görmək üçün bəsirətləri bağlıdır. Çünki bu insanlar qəflətdədirlər.

“O kəslər (ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər”. (“Kəhf” 101).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031