Alimin məqamı necə yüksək idi ki, sorğusuna cavabı İmam Əli (ə) özü verdi..
Mьəllif: admin1
Tarix: 15-01-2018, 09:51
Alimin məqamı necə yüksək idi ki, sorğusuna cavabı İmam Əli (ə) özü verdi..
Ağa Baqir Behbaninin nəvələrindən biri nəql edir: “Ölkənin böyük alimləri tərəfindən Ağa Baqir üçün bir çox məktublar gəlmişdi ki, bütün dini məsələləri ələ almaq üçün ölkədə yaşamağa dəvət olunurdu. Hətta bu istəyin həyata keçməsi üçün həmin zamanın əmirinə müraciət də olunmuşdu. Ancaq alim köçməkdən ehtiyat edirdi.

Bu alimin ən görkəmli şagirdlərdən biri də Bəhrul-ulum idi. Bəhrul-ulum nəql edir: “Alim ona yazılan çox sayda məktubun təsiri altında qalmışdı. Öz şagirdlərindən hal əhli olan altı nəfəri seçdi ki, mən də onlardan biri idim.

Bizi Əmirəl-möminin (ə) hərəminə apardı və bizə xitab etdi: “Ey dostlarım! Mən sizi adil şahid kimi bu hərəmə gətirmişəm. Sizin hüzurunuzda İmamdan (ə) vəzifəmi soruşacağam. Belə ki, mənə getmək əmrini verirlər, mən isə istəyirəm ki, sizin şahidliyinizi cavab olaraq onlara göndərəm”.

Bu zaman üzünü müqəddəs hərəmə çevirdi və dedi: “Ey, mənim seyyidim! Ey, mənim mövlam! Dünya və axirətdə söykəndiyim ağa! İrandan mənə çoxlu məktub gəlmişdir və məndən istəyirlər ki, ora gedəm. Mən də vəzifəmlə bağlı şəkli qalmışam. Mənim təklifim nədir?”.

Bəhrul-ulum deyir: “Anidən qəbirdən bir səs gəldi ki, onu hamımız eşitdik: “Ey böyük insan! Bizim diyarımızdan çıxma””.

Alim üzünü bizə çevirdi və buyurdu: “Mənim mövlamın nə dediyini eşitdiniz?”. Dedik: “Bəli”.

Buyurdu: “Şahid olun ki, mövlamın əmri ilə mənim vəzifəm Nəcəfdə qalmaqdır”.

Alim onu dəvət edən xalqı İlahi feyzdən məhrum etməmək üçün oğlu Muhəmməd Əliyə əmr edir ki, İrana getsin və orada sakin olsun. Muhəmməd Əli də Kermanşaha gedir və orada sakin olur. Həmin yerdən mühüm elmi və ictimai xidmətlər verir.

Hər kim günahı tərk etsə və xalis niyyətlə Allahın vacibatlarını yerinə yetirsə, belə ali İlahi məqama çata bilər””.

Allah Təala bizləri bu cür mənəvi məqama Özü yüksəltsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930