Şeytanla (lən) mübarizə aparmaq üçün 3 yol
Quranda buyurulur: “Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız). Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər – belələridir”. (“Hucurat” 7).
Yəni, əgər müsəlman düşünsə, başa düşər ki, Allah imanı qəlbimizin məhbubu qərar vermişdir. İnsanın küfrə və fəsada qarşı fitri nifrəti vardır. Ona görə də hər kimin Allaha sevgisi çox olarsa, günahın həqiqətini dərk edər və ondan uzaqlaşmağa çalışar. Bu dünyada hər bir şey sevgidən başlayar. Yəni, məhəbbət – insana elm gətirər, məhəbbət – iman gətirər, məhəbbət – günahdan uzaq olmağa səbəb olar. Ona görədir ki, Məsumlar (ə) günahı tanıyıb, ondan bezar olublar. Sevginin artması üçün isə Allaha olan agahlığı artırmaq lazımdır. Özümüzə olan agahlığı artırmaq lazımdır. Dinə, varlıq aləminə olan agahlığımızı artırmaq lazımdır. Şeytana (lən) olan agahlığımızı artırmaq lazımdır. Belə olan halda günahı tanıyıb ondan qaça bilərik. Bizi günahdan uzaqlaşdıran ən mühüm amil isə şeytan tərəfindən günahın bizə necə təqdim olmağını bilməkdir. Əgər biz şeytanın (lən) hücum yollarını aşkar edə bilsək, onunla mübarizə yolları da daha asan olar. Quranda şeytanın (lən) bu cür 20 hücum yolları təqdim olunmuşdur ki, onların üçü ilə tanış olaq. Bu üç yol ən mühüm hücum yollarıdır ki, əgər onları tanısaq, şeytanla mübarizə aparıb iradəmizi gücləndirə bilərik. 1. Şeytanın radarını söndürmək. İnsan qəlbinin iki radarı vardır: biri İlahi radardır və o biri isə şeytani radardır. Təəccüblü deyildir ki, biz günah haqqında daha çox düşünürük. Çünki şeytani radar çox zaman yanılı olur. Əgər insan bunu dərk etsə, şeytani radarı söndürüb, İlahi radarı yandırar və İblisin şərindən Allaha pənah aparar. 2. Vəsvəsəni tanımaq. Hiss və vəsvəsə radardan da çox olar. Məsələn, şeytan hətta sənə vəsvəsə edər ki, İblis xalis möminləri vəsvəsə edə bilməz. Yəni, o insanlar ki, ancaq Allah üçün iş görərlər, heç bir zaman günahı düşünməzlər. Belə isə, xeyir iş görmək istəyəndə o məlun, sənə əvəzində daha az savabı olan işi təklif edər. Ona görə də bu zaman mömin insan iki mühüm şeyə diqqət etməlidir: a) Hansı iş sizin üçün daha çətindir. b) Hansı işdə daha çox nur görürsünüz. 3. Təlqinlərə bələd olmaq. İnsan hədəfinə çatmaq üçün bəzi işləri görməlidir ki, məqsədinə çata bilsin. Bu zaman şeytan elə şeyləri insana təlqin edir ki, onun halına faydalı olmur. Misal üçün xarici dil öyrənmək istəyənə deyir ki, bu dili nə üçün öyrənirsən? Gəl, bunu bir neçə aydan sonra et. Onu təxirə salmağa çalışar. Əgər ayıq insandırsa, bu məluna qulaq verməz və işini təxirə salmaz. Bilər ki, bu dili dini üçün öyrənər və onu təxirə salmaq ziyandan başqa bir şey gətirməz. Biz Əhli-Beyt (ə) davamçıları gərək unutmayaq ki, günahlarımız İmamın (ə.f) zühurunu təxirə salır. Ona görə də şeytanı sevindirib, günaha üz tutmayaq, çünki şeytan sevinən zaman İmam Zaman ağnın (ə.f) qəmgin olduğunu gözümüzün önünə gətirməyə çalışaq. Bəlkə bu amil bizi günahdan uzaqlaşdıra bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|