Muhəddis Qumi necə möcüzəli şəfa tapdı?
Mərhum Hacı Şeyx Abbas Quminin təxminən 50-yə qədər elmi kitabları vardır. O, Əhli-beyt (ə) məktəbinin əvəzsiz alimlərindən biri olmuşdur. Mühəddis Qumi İlahi övliyalardan olmuşdur. Mərhumun oğlu nəql edir: “Atam Nəcəfdə olanda çox sayda ibadət etdiyi üçün çox pis xəstələnir. Həkimlərin müalicəsi ona təsir etmir. Bir gün nalə edən zaman anama deyir: “Əziz arvadım, mənim üçün çaynikin içində bir qədər su və qab da gətir”.
Anam dediklərini gətirib, onun yanına qoyur. Atam deyir: “Məni qaldırın”. Onu qucağımıza alıb, qaldırdıq. Dedi: “50 ildir ki, bu əllərimlə Allah kəlamlarını yazmışam. Bu əllərimin mənəvi dəyəri olmalıdır. Əgər olmasa, deməli kəsilməkdən başqa bir işə yaramır”. Sonra əlini qabın üstünə tutub, çaynikdən əlinin üstünə su tökdü. Həmin suyu içdi və bir neçə saat keçəndən sonra şəfa tapdı”. Başqa yerdə yenə atası barədə belə nəql edir: “Bir gün atam göz ağrısı xəstəliyinə düçar olmuşdu. İraq alimləri onu müalicə etməkdən aciz oldular. Bir gün anama dedi: “Üsuli kafi” kitabını yanıma gətir”. Anam kitabı atamın əlinə verdi. Atam dedi: “Bu kitab - İlahi həqiqətlər mənbəyi, başdan-başa hikmət, hidayət və nurdur. Hər bir dərdə şəfadır”. Kitabı bir neçə dəfə gözünə çəkdi. Bir-iki saatdan sonra göz ağrısından xilas oldu”. Mərhumun oğlu yenə atası barədə belə nəql edir: “Mən atamın tövsiyəsi ilə minbər əhli oldum. Qum şəhərində on gün minbərə çıxmalı oldum. Bir gecə bir hədis söylədim, Hacı şeyx Məhdi adlı bir alim məclisin ortasında qışqırmağa başladı: “Mirzə Əli Muhəddis, bu hədis haradadır?”. Dedim: “Onun yerini bilmirəm, mən bu hədisi böyük alimlərin dilindən eşitmişəm”. Yenə qışqırdı: “Bir daha eşitdiklərini minbərdə demə. Çalış onu özün İslam mənbələrindən oxuyasan”. Onun bu hərəkəti məni çox pərt etdi. Onun bu sözlərindən sonra sözlərimi soyuqqanlıqla başa vurub, bir daha minbərə çıxmamağımı qərara aldım və evə qayıtdım. Yuxuda atamı gördüm, təbəssümlə mənə deyirdi: “Övladım, qərarından daşın. Çünki əməli təbliğin dəyəri çox böyükdür. Bu, İlahi Peyğəmbərlərin (ə) üzərinə qoyulan vəzifə idi”. Sonra da həmin hədisin ünvanını mənə söylədi: “Sabah gecə həmin hədisi bir daha oxu və ünvanını da söylə ki, Şeyxin iradı aradan qalxsın”. Mirzə Əli yenə nəql edir: “O zaman ki, atam mərhum Muhəddis Qumi dünyadan getdi, Nəcəfin görkəmli alimlərinin müşayiəti altında onu müəllimi Hacı Mirzə Hüseyn Nurinin qəbirinin yanında dəfn etdilər. Evə qayıtmışdım və gecə yarısı oldu və məni yuxu apardı. Yuxuda atamı ziyarət etdim. Soruşdum: “Atacan, halın necədir?”. Dedi: “Bərzəxə daxil olduğum andan üç dəfə İmam Hüseynin (ə) qonağı olmuşam”. /Deyerler.org/ Oxşar xəbərlər
|