Cavan, atasının borclu olub-olmamasını necə bildi?
İmamların (ə) elmi kamildir. Allah onlara elə bir mənəvi qabiliyyət vermişdir ki, digər bütün insanlardan fərqlidir.
Əhli-beyt (ə) davamçısı olan bir cavan Musa ibni Cəfərin (ə) yanına gəlir və deyir: “Ey ibni Rəsulallah! Mənim ailəmin etiqadı sizinki ilə fərqlənirdi. Sizi İmam hesab etmirdilər. Əmirəl-möminin (ə) İmam olmasını da qəbul etmirdilər. Ancaq mən sizin yolunuzu seçmişəm. Atam dünyasını dəyişmişdir və mənim onun üçün ürəyim yanır. Bir nəfər yanına gəldi və dedi ki, atan mənə min dinar borclu idi. Mən də həmin adamın adını atamın dəftərləri içərisində axtardım. Ancaq onun adına rast gəlmədim. Mən çox narahatam, nə edim? Əgər atam əzab əhlidirsə, istəmirəm ki, xalqın haram malı onun boynunda olsun”. Musa ibn Cəfər (ə) buyurdu: “Eybi yoxdur.Gecə yarısı Bəqi qəbiristanlığına get və bu cümlələri de. Atanı görəcəksən. Ondan soruş ki, həmin adam düz deyir yoxsa yox. Əgər desə ki, borclu deyildir, deməli həmin adam yalan deyir. Əgər desə ki, borcluyam, deməli düz deyir. Atanın malından ona həmin miqdarı ver”. Cavan gedir və İmamın (ə) öyrətdiyi sözləri deyir. Qaranlığın içində qara bir varlığa rast gəlir ki, heç bir heyvana bənzəmirdi. Cavan çox qorxur. Həmin varlıq deyir: “Qorxma, mən sənin atanam. İmam Musanın (ə) əmri ilə məni səninlə üzləşdirirlər. Mən həyatda uduzmuşam. Ancaq həmin adam düz deyir. Mən ona borcluyam”. Cavan İmamın (ə) yanına gəlib deyir: “”Atam əvvəlki halında deyildi, qəribə bir heyvana oxşayırdı”. İmam (ə) buyurur: “Gizlin sirlərin aşkar olacağı gün”. (“Tariq” 9). Allah Qiyamət günü batini zahir edəcəkdir. Hər kəs batini ilə məhşur olacaqdır”. Oxşar xəbərlər
|