Dəmir, at, yoxsa zəka? – Alimin Həccaca verdiyi dərs
Qəbəsəri, Həccac ibni Yusifin zamanında yaşamış və təhsil almış ədəbli bir insan idi. Bir gün dostları ilə birlikdə şəhərdən kənarda bir məclisdə iştirak edirdi. Söhbət zamanı Həccacdan söz düşdü və Qəbəsəri onun haqqında bir neçə kinayəli cümlə dedi. Ondan narazılığını bildirdi.
Bu xəbər Həccacın qulağına gedib çatır. Qərara alır ki, Qəbəsəriyə bu dediyi sözlərə görə cəza versin. Ona görə də yanına çağırır və kobud dillə ona deyir: “Səni zindana atıram və ayaqlarına da dəmir ("hədid") vururam”. Qəbəsəri ayıq insan olduğu üçün Həccacın məqsədini başa düşür. Görür ki, Həccac onu zindanla hədələyir. Ancaq təhlükədən uzaq olmaq üçün özünü bilməməzliyə vurur. Sonra gülər üzlə Həccaca baxıb deyir: “Əlbəttə, əmir kimi məqam sahibi olan biri, insanları öz inayətinə şamil edə bilər. Onları qara və ağ atla yollaya bilər”. Həccac öz məqsədini başa salmaq üçün deyir: “Məqsədim dəmir idi, at deyil”. Ərəb dilində “hədid” sözünün müxtəlif mənaları vardır. Onlardan biri dəmirdir, biri huş və zəkadır, biri də qara rəngli atdır. Qəbəsəri deyir: “Əlbəttə zəkalı at, ağıldan kəm atdan daha yaxşıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|