Allaha ibadət edin...
İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır. Aləmin yaranışı və peyğəmbərlərin besətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir.
Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!” (Zariat surəsi, ayə 56.) Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir. Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə dəvət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” – deyə peyğəmbər göndərmişdik.” (Nəhl surəsi, ayə 36.) Demək, aləmin yaranışı və peyğəmbərlərin besətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı məlumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.” (Zumər surəsi, ayə 7.) İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır. Oxşar xəbərlər
|