İnsanı günahdan iyrəndirən resept
Mьəllif: admin1
Tarix: 16-01-2018, 22:19
İnsanı günahdan iyrəndirən resept
Sübhan Allah Qurani-Kərim vasitəsilə nəinki bizimlə söhbət edər, bəlkə Quran vasitəsilə bizə Özünü tanıdar. Qurani-Kərim, Allahın gözəl adlarının təcəllisidir. Əgər biz Quran oxusaq, Quranın nuraniyyəti ürəyimizdə peyda olsa, məlum olar ki, yerlə göyün nurunu öz qəlbimizlə müşahidə etmişik.

Quran sonuncu Peyğəmbərin (s) möcüzəsidir və bəşərə təyyibə həyatı tanıdır. Quran Sahibinə təvəkkül etsək, O, bizlərə iman və təqva əta edər. Pisliklərdən bizi qoruyar. İnsan Quran oxuyaraq və onun haqqında təfəkkür edərək elə bir mərhələyə çata bilər ki, günahdan iyrənər.

Quranla yaxın olmağın ən mühüm səmərəsi budur ki, insan Allaha yaxınlaşar, nəfsani və şeytani çirkinliklərdən uzaq olar. Quranda təqvadan və imandan çox bəhs edilmişdir. Bəzən günah əhlinin cəzasından söz açılaraq, insan günaha nifrət etməyə dəvət edilmişdir.

“Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 9-10).

Günah dedikdə itaətsizlik, Allaha üsyan etmək və əmrindən boyun qaçırtmaq nəzərdə tutulur. Bu cür insan Allah bəndəliyindən çıxar və şeytanın (lən) ordusuna daxil olar.

“Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”. (“Əhzab” 36).

“(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar”. (“Cinn” 23).

“Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar”. (“Bəqərə” 61).

Quran dəfələrlə müsəlmanları günahdan uzaq olmağa və günah yükündən xilas olmağa dəvət edir. Günahı bəla adlandırır və dünya, axirət əzabının amili bilir.

Hər bir günahın təsiri vardır. Əgər bəsirət gözünə malik olsaydıq, onun təsirlərini görə bilərdik. Məsumların (ə) buyurduğu kimi, günah pis iylidir və günahın pis iyi insanın abrını aradan aparar.

Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “İstiğfar edərək özünüzü ətirləndirin və xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.

Əgər özümüzü günahın pis iyindən amanda saxlamaq istəyiriksə, istiğfar edək. Çünki istiğfar səbəb olar ki, insan dünyada İlahi əzaba düçar olmasın.

Allah Təala bu haqda buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)”. (“Ənfal” 33).

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) bir məclisdən qaxmazdı, məgər o halda ki, 25 dəfə istiğfar edərdi”.

Bu istiğfar ona görədir ki, başqalarının sözü və rəftarının təsiri insanda qalmasın. Və ya əgər yersiz iş olarsa, təsiri olmasın.

İstiğfar insana üç təsir qoyar:

əzabı dəf edər;
əzabı aradan qaldırar;
mənfəəti cəlb edər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həyatda çətinliyə, çarəsizliyə və təzyiqə düçar olar üç min dəfə desin: “Əstəğfirullahə Rabbi və ətubu ileyh”. Yerindən hərəkət etməzdən əvvəl Allahın rəhməti halına şamil olar”.

İmam Əli (ə) buyurur: “İstiğdar ruzini artırar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu istiğfar edər, Allah hər bir qəmdən ona genişlik verər və hər bir çıxılmaz yoldan çıxış və güman etmədiyi yerdən ona ruzi verər”.

Eyni zamanda, Quran oxuyan zaman qəlb hüzuru və diqqət, Quran maarifindən ləzzət almağa səbəb olar. İnsan o yerə gəlib çatar ki, sanki Allahın kəlamlarını öz qulaqları ilə eşidər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031