Hansı surəni oxumaq daha çox savaba malikdir?
Mьəllif: admin1
Tarix: 27-07-2020, 22:22
Hansı surəni oxumaq daha çox savaba malikdir?
Quranın bütün surələrini oxumaq insana dünya və axirət səadəti bəxş edər. Hər bir surənin öz fəziləti vardır.

Bu məsələyə diqqət etmək lazımdır ki, Quran həyat proqramımız və əməl etməli olduğumuz kitabdır. Onu oxumaq təfəkkür və imanın başlanğıcıdır. İnsan Quranı oxuyaraq ona əməl edə bilər.

Biz Quran oxumağa ticari bir iş kimi baxmamalıyıq. Yəni ən çox savabı olan surəni axtarmamalıyıq. Hədəfimiz bu olmalıdır ki, Quranı oxuyaraq özümüzü tərbiyə edək və kamala çatdıraq. Bir surəni oxuyaraq, o biri surələri oxumaqdan məhrum olmamalıyıq.

Əlbəttə bəzi surələrin fəziləti o biri surələrdən daha çoxdur. Ancaq çalışaq ki, Quranın bütün surələrini qiraət etməyə çalışaq.

“Bismilləhir Rahmənir-Rahim!” ayəsinin savabı

İmam Sadiq (ə) buyurur: ““Bismilləhir-Rahmanir-Rahim” Allahın əzim adına yaxındır. Gözün bəbəyinin ağına yaxın olduğu kimi”.

“Həmd” surəsinin fəziləti.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Fatihətul-kitab surəsini oxuyarsa, ona elə bir mükafat verilər ki, sanki Quranın üçdə birini oxumuşdur. Və hər bir möminə sədəqə vermişdir”.

“Hər kim “Həmd” surəsini oxuyar, Allahdan nə istəsə, ona verər”. Həmd surəsi hər bir xəstəliyin şəfa və əlacı hesab edilir.

“Tövhid” surəsinin fəziləti

“Tövhid” surəsinin də fəziləti çoxdur və onu oxumaq Quranın üçdə birini oxumağa bərabər hesab edilmişdir. Cənazə mərasimində bu surəni oxuyan zaman 70 min mələk gələr.

Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və Qiyamət gününə imanı var, hər namazdan sonra “Tövhid” surəsini oxumağı tərk etməsin. Çünki hər kim onu oxusa, Allah dünya və axirət xeyirini onun üçün cəm edər. Özünü, valideynlərini, övladlarını bağışlayar”.

Ayətullah Vəhid Xorasani buyurur: “Sübh namazını qılandan sonra 11 dəfə “Tövhid” surəsini oxuyun. Yatan zaman da 11 dəfə oxuyun. Gün ərzində boş olanda, yol gedəndə, bu surəni oxuyun”.

“Ayətül-kürsü”nün fəziləti

Həzrət Peyğəməbərə (s) sual verilir ki, hansı surə daha fəzilətlidir? Həzrət (s) buyurur: ““Bəqərə” və orada da “Ayətül-kürsü””.

“Ayətül-kürsü”nün savabı o qədər çoxdur ki, Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman mömin “Ayətül-kürsü”nü oxuyar, savabını qəbir əhlinə hədiyyə edərsə, Allah hər bir hərfinə görə onun üçün mələk qərar verər ki, Qiyamət gününə qədər onun üçün təsbih edərlər”.

“Nas” və “Fələq” surələrinin fəziləti

Həzrət Peyğəmbər (s) səhabələrindən birinə buyurur: “İstəyirsənmi sənə iki surə öyrədim ki, Quranın üstün surələridir?”.

Dedi: “Bəli”. Həzrət Peyğəmbər (s) “Nas” və “Fələq” surələrini ona öyrətdi. Sonra bu iki surəni sübh namazında qiraət etdi. Buyurdu: “Nə zaman yerindən qalxırsan və ya yatırsa, bu iki surəni oxu”.

Çalışın gün ərzində Qurandan bir qədər qiraət edəsiniz. Ən azı 50 ayə oxumağa səy edin. Bu zaman dünya və axirət bərəkətinin on bərabəri nəsibiniz olar. Hər gün “Yasin” surəsini oxumağa çalışın, çünki indi İmam Zaman (ə.f) zamanıdır. Bu surəni hər gün oxuyun və İmama (ə.f) hədiyyə edin.

Beləliklə deyə bilərik ki, Quranın bütün surələrinin fəziləti vardır və Quranın bütün surələrini oxumağa çalışaq.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031