İmam Əli (ə): “Pambıq paltar geyinin. Çünki o, Peyğəmbərin (s) və biz Əhli-beytin (ə) paltarıdır”
Mьəllif: admin1
Tarix: 17-01-2018, 10:11
İmam Əli (ə): “Pambıq paltar geyinin. Çünki o, Peyğəmbərin (s) və biz Əhli-beytin (ə) paltarıdır”
Əmirəl-möminin (ə) buyurur: “6 şey Lut qəbiləsinin əxlaqındandır: köynəyin düyməsini açıq qoymaq, təkəbbür üzündən uzun əba geyinmək...”.

Həzrət Peyğəmbər (s) buyurur: “Din qardaşları arasında olan zaman paltarınız bəzənmiş olun, elə ki, insanların arasında görünən xal kimi və üstün olun. Çünki Allah çirkinliyi və çirkin görünməyi sevmir”.

Başqa yerdə Həzrət (s) buyurur: “Ağ paltar sizin üçün başqa paltarlardan daha yaxşıdır. Ona görə onu geyinin və ölülərinizi onunla kəfənləyin”.

Əziz Peyğəmbər (s) buyurur: “Ömrümün axırına qədər yun paltarı geyinməyi tərk etmirəm ki, məndən sonra sünnət olsun”.

Əmirəl-möminin (ə) buyurur: “Pambıq paltar geyinin. Çünki o Peyğəmbərin (s) və biz Əhli-beytin (ə) paltarıdır”.

Əlbəttə, həm pambıq və həm də yun paltarlar münasib zamanda geyinilməlidir. Nəql olunur ki, nə zaman İmam Həsən (ə) namaz qılmaq üçün ayağa qalxardı, ən yaxşı paltarını geyinərdi. Ondan bunun səbəbini soruşan zaman buyurardı: “Allah gözəldir və gözəlliyi sevir. Ona görə də özümü Allahım üçün gözəl edirəm”.

İmam Sadiq (ə) buyurur: “Kətan - peyğəmbərlərin paltarındandır”.

İmam Sadiq (ə) yenə buyurur: “Cümə günü özünüzü bəzəyin və ən pakizə paltarınızı geyinin”.

Nəql olunur ki, İmam Rza (ə) yayda həsirin üstündə əyləşirdi və qışda isə yun palazın. Paltarı kobud idi, ancaq o zaman ki, insanların arasında hazır olardı, əyninə bəzənmiş paltar geyinərdi.

İmam Rza (ə) buyurur: “Cümə günü müstəhəbdir ki, kişi başına əmmamə qoysun, ən yaxşı və ən pakizə paltarını geyinsin. Ən yaxşı ətirlə özünü ətirləndirsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin qadınlarının həlakəti iki şeydədir: qızıl və nazik paltar”. Peyğəmbərimiz (s) buyurur: “Ey Əli! Hər bir kişi ki, arvadına itaət edər, Allah onu üzü üstə cəhənnəmə atar”. İmam Əli (ə) soruşur: “Bu, nə itaətdir?”. Həzrət (s) buyurur: “Nazik paltar geyinməkdə ona icazə verər. Ey qardaş! Sənə tövsiyə edirəm ki, ona riayət et ki, Allah sənə xeyir verər. Əndamına kobud və uyğun paltar geyin ki, təkəbbür səni əhatə etməsin. Lut qəbiləsinin həlak olmasının xüsusiyytlərindən biri də ipək geyinmək idi”.

İmam Əli (ə) buyurur: “Qara paltar geyinməyin, çünki o, Fironun paltarıdır”.

İmam Əli (ə) buyurur: “Bu ümmətin işi həmişə xeyirlədir. O zaman ki, əcnəbilər kimi yemək yeyər və paltar geyinər, Allah onları xar edər”.

İmam Sadiq (ə) buyurur: “Dar və ucu uzun ayaqqabı geyinməyin, çünki o, Fironun ayaqqabısıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930