Ustad Mütəhhərinin yuxuda aldığı şəhadət xəbəri
Mьəllif: admin1
Tarix: 18-01-2023, 10:50
Ustad Mütəhhərinin yuxuda aldığı şəhadət xəbəri
Ustad Mütəhhəri şəhadətindən üç gün əvvəl gecə yatan zaman sadiq yuxu görür və bu yuxuda şəhadət xəbərini alır.

Alim yuxudan ayılandan sonra yuxusunu belə nəql edir: “Yuxuda gördüm ki, mən Rəhmətlik İmam (r) ilə birlikdə Kəbə evini təvaf etməklə məşğuluq. Anidən gördüm ki, Həzrət Peyğəmbər (s) sürətlə mənə tərəf gəlir.

Peyğəmbər (s) mənə yaxınlaşanda İmam Xomeyniyə (r) hörmətsizlik etməmək üçün kənara çəkildim və dedim: “Ya Rəsulallah! Ağa – Sizin övladlarınızdandır”.

Həzrət Peyğəmbər (s) Ağaya yaxınlaşdı və üzündən öpdü. Sonra mənə yaxınlaşdı və mübarək dodaqlarını dodaqlarıma toxundurdu.

Mən yuxunun dəhşətli təsirindən ayıldım və bu zaman Həzrətin (s) dodaqlarının hərarətini hələ də hiss edirdim...

Mən əminəm ki, tezliklə mənimlə mühüm hadisə baş verəcəkdir”.

Üstündən 3 gün keçmiş, münafiq terrorçular Ustad Mütəhhərini şəhid etdilər...




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031