Namazı əvvəl vaxtda qılmağın insana misilsiz təsirləri
Namazı əvvəl vaxtında qılmaq namazqılanı nizama öyrədər və qəlb hüzuru əldə etmək üçün zəminələr hazır edər.
Bəs bu əməlin başqa hansı güclü təsirləri vardır? 1. Behişti zəmanət edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Bu beş gündəlik namazlar vacibatdır. Hər kim bu namazları vaxtında yerinə yetirər və onu qoruyarsa, Qiyamət günü mənimlə görüşəcəkdir. Mənim öhdəmdədir ki, onu behiştə daxil edəm. Hər kim namazını vaxtında qılmazsa və ona qorumazsa, bu zaman Mənim öhdəmdə olar ki, əgər istəsəm ona əzab verərəm, əgər istəsəm bağışlayaram””. 2. Hacətlərin yerinə yetməsi. İmam Həsən Əsgəri (ə) buyurur: “Musa ibn İmran (ə) Allahla söhbət edir və Allahdan soruşur: “Allahım! Namazını əvvəl vaxtda qılan kəsin mükafatı nədir?”. Allah Təala buyurur: “Onun istək və xahişlərini yerinə yetirərəm. Behişti ona mübah edərəm””. 3. Dünya bəlalarından amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Sübhan Allah səmadan bəla nazil edər, Quranı həml edənlər, günəşə riayət edənlər – yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, məscidləri abad edənlər – bu bəlalardan amanda olarlar”. 4. Günahın atəşi sönər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir namazın vaxtı gəlib çatan zaman mələklər insanların arasında car çəkərlər: “Qalxın, namazlarınızın vasitəsilə özünüzün hazır etdiyiniz günahın atəşini, söndürün””. 5. Ölüm zamanı əqidənizin dəyişməsindən amanda qalarsınız. İmam Sadiq (ə) buyurur: “Ölüm zamanı ölüm mələyi namazın (vaxtına) nəzarət edən kəsdən şeytanı dəf edər və bu halda şəhadətləri ona təlqin edər”. 6. Namaz, onu qılana xeyir duası edər. İmam Baqir (ə) buyurur: “Nə zaman əvvəl vaxtda qılınan namaz yuxarı qalxar, ağ və nurlu halda sahibinə tərəf geri qayıdar. Ona xitab edər: Məni qorudun, Allah da səni qorusun””. 7. Dünya və axirət giriftarlıqlarından nicat tapmağı zəmanət alar. Həzrət Peyğəmbər (s) buyurur: “(Namazqılan) bəndə ki, namazın vaxtına nəzarət edər, namazına görə günəşin vaxtına diqqət edər, mən onun üçün ölüm zamanı rahatlığı və qəm-qüssəni dəf etməyi və cəhənnəm atəşindən nicat tapmağı zəmanət edərəm”. 8. Qəflətdən amanda qalmaq. İmam Baqir (ə) buyurur: “Hər bir mömin ki, namazına nəzarət edər və onu vaxtında yerinə yetirər, qafil insanlardan hesab olunmaz”. 9. İlahi lütf qapısının açılması. Həzrət Peyğəmbər (s) buyurur: “O zamana qədər ki, namaz halındasan – Qadir Padşahın evinin qapısını döyərsən və hər kim padşahın evinin qapısını çoxlu döyər – nəhayət o qapı üzünə açılar”. Allahım, bizlərə namazı əvvəl vaxtda qılmaq fəzilətini nəsib et! /Deyerler.org/ Oxşar xəbərlər
|