Nə edək ki, 2 yol ayrıcında qalmayaq?
Hər birimiz həyatımızda elə hallarla rastlaşmışıq ki, iki yol ayrıcında qalmışıq. Bu zaman bizim nəzərimizdə ən üstün və ən yaxşı olan yolu seçmişik. Ancaq bir ömür həmin yolda gedəndən sonra başa düşmüşük ki, getdiyimiz yol heç də haqq yolu deyilmiş, əslində batil yol imiş.
Quranın adlarından biri olan “Furqan” sözünün mənası da “haqqı batildən təmizləmək” deməkdir. Furqan, yəni Quran – haqqı batildən, hidayət və imanı zəlalətdən ayıran kitabdır. Bu kitabda Allahı razı salan və qəzəbinə səbəb olan əməllər bəyan olunmuşdur. Quranın biz insanlara verdiyi ən mühüm tövsiyə - təqvaya malik olmaqdır. Quranın nəzərinə görə, bəsirət ilə təqva arasında sıx rabitə vardır. Bu həqiqəti həm Quran ayələri və həm də hədislərimiz təsdiq etmişdir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Əgər şeytanlar insan qəlbinə hakim olmasaydı, onlar varlıq aləminin batininə baxa bilərdilər”. Əmirəl-möminin (ə) buyurur: “Hər kim havayi-nəfsinin ardınca gedər – bu, onu kor və kar edər. Zəlil və yolundan azan edər”. Əgər deyiriksə ki, təvqa bəsirətə səbəb olar, o deməkdir ki, bəsirət əməli düşüncədir. Yəni, təqva nəticəsində insan özünün dərdinə yarayan dərmanları düşünüb tapar və bilər ki, hansı yoldan getsə doğru olar. Bəzilərinin nəzərinə görə, bəsirət sadəcə nəzəriyyədə xülasə olur. Ancaq dinimiz buyurur ki, belə deyildir. Əslində bəsirət – əməli düşüncədir. O düşüncədir ki, təqva ilə birləşib insanı həqiqi yola hidayət etdirər. Ona görə də əgər təqvalı olsaq, Allah bizim üçün furqanı meydana gətirər – yəni, haqqı batildən ayırmaq bəsirətini. O zaman ki, insan haqqın hansı olduğunu dərk edər, həmin yolda daha şücaət və əminliklə hərəkət edər. “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, (təqvalı olsanız) O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə (furqanı) verər, sizin(kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29). /Deyerler.org/ Oxşar xəbərlər
|