Niyə bəzi uşaqlar dünyaya naqis gəlirlər?
Mьəllif: admin1
Tarix: 25-05-2024, 10:48
Niyə bəzi uşaqlar dünyaya naqis gəlirlər?
Allah Təala hər bir insandan onun istedadlarına uyğun olaraq hesab çəkər. Allah hər bir insanın hörmət həddini saxlayandır. Allah vədə vermişdir ki, əngəlli insanlara həm bu dünyada və həm də axirətdə nemətlər əta etsin.

Bəzən görmək olur ki, Allah savadsız, ancaq imanlı bir insanın ki, zahirdə çox az malı vardır və bu az malı da halal maldır və imkanın az olması ilə başqalarından geri qalır - xeyir aqibət əhlindən qərar verir.

Bəzən də o kəs ki, savadlı və Allahın ona verdiyi istedadlarından lazımlı qədər istifadə edərək elmi və maddi məqama çatmışdır, ancaq ürəyində imandan xəbər yoxdur – cəhənnəmə tərəf aparar.

Çünki malik olduqlarının hamısı haramdır və bu haram malın təsirləri övladlarına və gələcək nəsillərinə də sirayət edər.

Ona görə də əgər diqqət etsək görərik ki, Allah hər bir insanın zəhmətini onun niyyətinə görə dəyərləndirir.

Təbii cəhətdən sabit edilmişdir ki, əgər körpə ana bətnində zədə görərsə, bu, aşkar şəkildə zahir olar. Dinimiz bir körpənin zədə almasının müxtəlif səbəblərini bəyan edir. O cümlədən: haram tikə yemək, şərab içmək, kəbirə günahları...

Bəzən də valideynlər Allahın buyurduqları vacibatlara əməl etdikləri halda, övladları yenə naqis dünyaya gəlir. Allahın ədaləti belədir ki, əgər bir uşaq naqis dünyaya gələrsə, onun bu naqisliyini həm dünyada və həm də axirətdə nəzərə alar.

Bu uşaq dünyanı dərk etdiyi qədər hesaba çəkilər. Əlbəttə, psixi xəstələr şəri hökmlərdən azaddırlar. Lakin əgər bu uşaqlar dünyadan ləzzət ala bilirsə və onu az da olsa dərk edə bilirsə, ona uyğun olaraq Allah dərgahında hesaba çəkiləcəkdir.

Aydın olan budur ki, Allah ədalətlidir və hər bir yerdə Öz ədalətini bərqərar etməyə qadirdir.

Ancaq o insanlar ki, bir-birini aldadır və fırıldaq gəlirlər və həyat fürsətlərini əldən veriblər – məgər bu insanlar günahkar deyildirmi?

Allah Təala Quranda açıq şəkildə buyurmuşdur: “Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir”. (“Ənfal” 51).

Allah Təala hər bir zülmdən pakdır. Zülmün üç zəminəsi vardır:

1. Qorxu.

2. Cəhalət.

3. Mənfəət.

Bu üç zəminənin heç biri Allahda yoxdur. Allah Təala mütləq qüdrət sahibidir və heç kəsdən qorxmaz. Allah alimdir və cəhalət Allahdan uzaqdır. Allahın mənfəəti olmaz.

Beləliklə, deyə bilərik ki, əgər uşaq naqis dünyaya gələrsə, bu, valideynlərin günahlarının nəticəsi olaraq büruzə verə bilər. Əgər iman əhlidirsə, bir imtahan olar.

Hər bir halda Allah vədə vermişdir ki, bu cür insanları həm dünyada və həm də axirətdə nemətlə bəhrələndirsin və onlardan ağıllarının və istedadlarının səviyyəsi ölçüsündə hesab çəksin. Allah heç kəsə zülm etməz. Bu insandır ki, öz əməlləri ilə özünə zülm edər.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930