Ət yemək barədə dinimiz nə buyurmuşdur?
Mьəllif: admin1
Tarix: 2-04-2020, 22:21
Ət yemək barədə dinimiz nə buyurmuşdur?
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün qoyunun ən sevimli üzvü qoyunun biləyi idi”. İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) qoyunun biləyini xoşlayardı”.

Bəni-Ğəfardan olan bir nəfər nəql edir ki, Peyğəmbər (s) üçün çörək və ət yeməyi gətirmişdilər və Həzrət (s) buyurdu: “Mənə biləyi verin”. Biləyi Həzrətə (s) verdilər və Həzrət (s) onu yedi”.

Həzrət Peyğəmbər (s) buyurur: “İsa (ə) qardaşım bir şəhərdən keçirdi, görür ki, oranın insanlarının üzünün rəngi sarı və gözləri göyərmişdir. Onlar bu xəstəliyə görə şikayət edirlər. Deyir: “Dərman sizin yanınızdadır. Siz əti yumamış bişirir və sonra yeyirsiniz”. Bu insanlar o gündən əti yumağa başladılar və bu xəstəlik onlardan getdi”.

İmam Baqir (ə) buyurur: “Peyğəmbər (s) əti çiy halda yeməyi qadağan edib, buyurur: “Ancaq vəhşilər əti belə yeyərlər. Əti o zaman ki, yeyin ki, ya günəş və ya atəş onu dəyişdirmişdir”.

İmam Rza (ə) buyurur: “Çiy ət yemək qurd yaradar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dalbadal 40 gün ət yeyərsə, ürəyi sərtləşər”.

İmam Əli (ə) buyurur: “Mədələrinizi heyvanların qəbiristanlığı etməyin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Ət yeyin, çünki eşitməyinizi gücləndirər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ət yeməyi 40 gün buraxar, pis xasiyyət olar. Hər kim pis xasiyyət olarsa, özünə əziyyət verər. Hər kim özünə əziyyət verərsə, qulağına azan deyin”.

İmam Əli (ə) buyurur: “Ət yeyin, çünki ət - ətdəndir. Ət, ət əmələ gətirər. Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Sizlərdən hər kim pis xasiyyət olsa, qulağına kamil azan oxuyun”.

İmam Sadiq (ə) buyurur: “(Yeməyi) bir gün ətlə ye, bir gün südlə, bir gün başqa bir şeylə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin pisləri o kəslərdir ki, sümüyün məğzini (iliyini) yeyərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quş sümüklərinin başını yeməyin, çünki vərəm gətirər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031