Behişt əhlindən olan Əbrar kimlərdirlər?
“Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər”. (“İnsan” 5).
Bu nurani ayədə adı çəkilən əbrar kimlərdir? Allah Təala bu nurani ayədə o kəslərdən söz açmışdır ki, onun İlahi qürbünə yaxındırlar. Bu insanların hesabını ağır etmiş və ixtiyarlarına çoxlu nemət və ruzi qoymuşdur. Bəs Əbrar kimlərdirlər və onların xüsusiyyətləri nədir? Quran təfsirçiləri Əbrarın bir çox xüsusiyyətlərini bizə tanıdır ki, onlarla tanış olaq: - O kəslərdir ki, Allahın itaətini kamil yerinə yetirmiş və Onu özlərindən razı salmışdılar. - Onların Allaha, Peyğəmbərə (s) və Qiyamət gününə imanları bəsirət üzərindəndir. - Yaxşı işləri ancaq İlahi riza üçün yerinə yetirirlər. - İlahi peyğəmbərlər və övliyalardırlar. - Əbrar məqamı müqərrəbindən aşağı, müttəqindən yuxarıdır. - Nəzirlərinə vəfa edərlər. - Əzab günündən qorxarlar. - Yetimə, müskinə və əsirə yemək verərlər. - İxlas əhlidirlər. - Qiyamət günündən çox qorxurlar. - “Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 12). Cənnət əhlidirlər və mükafatlanacaqlar. - Behişt taxtlarına söykənəcək, nə istini və nə də soyuğu hiss edəcəklər. - Ağaclar onlara kölgə salacar və istədikləri meyvədən yeyəcəklər. - Onların dövrəsində gümüş kasalar olacaqdır. - Onlar zəncəfil qatılmış xoş ətirli bulaqdan içərlər. - Onlara cənnət əhli xidmət edərlər. - “Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pakedici bir şərab içirəcəkdir”. (“İnsan” 21). - Behiştin nemətləri onlara təslim olarlar. Əhli-təsənnün və Əhli-Beyt (ə) mənbələri buyurur ki, Əbrar – Həzrət Peyğəmbərin (s) Əhli-Beytidir (ə). Bu mübarək ayələr xüsusilə İmam Əli (ə) və Həzrət Zəhra (s.ə) barəsində nazil olmuş və onların cənnətdəki məqamlarından və malik olacaqları nemətlərdən söz açmışdır. /Deyerler.org/ Oxşar xəbərlər
|