Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik?
Mьəllif: admin1
Tarix: 21-01-2022, 20:04
Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik?
Qurani-Kərimin ayələrindən belə nəticə çıxartmaq olar ki, insan Qiyamət günü hesaba çəkilməzdən əvvəl iki dünya arasında yerləşən bərzəx aləmində də sorgu-sual olacaqdır.

Bərzəx aləmi o aləmdir ki, dünya ilə axirət aləminin arasında yerləşir. İnsanlar dünyasını dəyişən zaman ilk olaraq bu aləmə düşər və sorgu-sual olarlar. İnsanlar müxtəlifdir, ona görə də bərzəx evi bəziləri üçün behişt bağıdır, bəziləri üçün isə cəhənnəm quyusudur.

Səadət əhlinin can verən andan xoşbəxt günləri başlayar. Əzab əhlinin isə əksinə - can verən andan bərzəx əzabı başlayar. İnsan istər səadət əhli olsun, istərsə də əzab əhli - Qiyamət günündə olduğu kimi hesaba çəkilmək üçün növbəyə düzülməz.

O zaman ki, mələklər insanın ruhunu təhvil alar, həmin andan həmin insanın xoşbəxtliyi və ya əzabı başlayar.

“Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?”. (“Muhəmməd” 27).

İnsanın öləndən sonra başına gələcəklər həqiqətdir. İnsanın ruhu maddi bədənindən ayırılandan sonra bu həqiqətlərlə üz-üzə gələr. Ölüm gəlib çatan zaman insan ruhu ilə bir yerdə bərzəx aləminə uçar.

Lakin onun bu uçması sadə şəkildə olmaz. İnsanların bəzisi dünyaya çox bağlandıqları üçün ölüm zamanı əziyyət çəkir.

İnsan bir də ayılır ki, nəfəs aldığı dünya həyatı sona çatmışdır və hal-hazırda yerləşdiyi aləm tamamilə başqa cürdür. Elə bir yerə getmişdir ki, orada heç bir tanışı yoxdur.

Bu halda olan insan sorgu-suala çəkilər. Bərzəx aləmindəki sorgu-sual Qiyamət günündə olduğu kimi deyildir. Burada cüzi şeylərə görə sual verilmir. Bərzəx aləminin sualları adətən ümumi suallar olar: tövhidə, nübuvvətə, din və imamətə görə.

Əgər insan Allahını tanıyır və Onun əmrlərini yerinə yetirirsə, bu suallara cavab verə bilər. Bərzəx aləmində hər kəs əqidə, iman və əməlinə görə ondan bəhrələnə bilər.

İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam.

Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”.

Bu hədisdən göründüyü kimi, bərzəx almində insana dörd sual verilər. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır.

İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik?

Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir.

Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq.

Əqidə ancaq dil əqidəsi olmamalıdır. Bu əqidə bütün bədən üzvlərimizə sirayət etməlidir. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: “İman - qəlb əqidəsi, dildə demək və bədənlə əməl etməkdir”.

Yəni iman gərək bu üç sahədə inkişaf etdirilsin. Qəlb, dil və bədən. Əgər birində olmazsa, iman naqis olar. Əgər insan öz əməlinə nəzarət edər və Allahın, Peyğəmbərin (s) və Məsum İmamların (ə) göstərişlərini yerinə yetirərsə, təfəkkür edərək əqidəsini gücləndiryi kimi əməldə də imanını möhkəmləndirərsə, bərzəx aləmindəki suallara cavab verə biləcəkdir. O zaman ki, ölümdən sonra kim olduğunu unudacaq, əqidəsini hifz edə bilsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031