Digərinin ələ su tökməsi ilə dəstəmaz almaq olar?
Mьəllif: admin1
Tarix: 20-01-2022, 12:41
Digərinin ələ su tökməsi ilə dəstəmaz almaq olar?
Maidə surəsinin 6-cı ayəsində buyurulur:

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin.”

Dəstəmaz öz-özündə vacib əməl hesab olunmasa da bəzi ibadətlərin yerinə yetirilməsində vacib olur. Bu kimi ibadətlər dəstəmazsız düzgün sayılmır. Namaz da dəstəmazın alınmasını zəruri edən ibadətlərdəndir.

Fiqhi kitablarda dəstəmazın bir neçə şərti qetd olunub ki, bunlardan biri də dəstəmaz alan şəxsin özünün bu işi görməsidir. Yalnız həmin şəxsin dəstəmaz almağa qüdrəti olmadığı təqdirdə ona kömək edilməsi caizdir (icazəlidir).

Elə isə dəstəmaz alan birinin köməyə ehtiyacı olmadığı halda əlinə su tökmək dəstəmazı batil edirmi (pozurmu)?

Məsələyə aydınlıq gətirmək üçün fəqihlər dəstəmazın alınmasında icra olunan işləri iki qismə bölüblər: Müqəddimati işlər və dəstəmazın əməlləri:

Dəstəmazın əməlləri üzü və əlləri (dirsəklə birgə) yumaq, baş və ayaqlara məsh çəkməkdir. Bunlar dəstəmazı təşkil edən, dəstəmaz adlanan əməlin tərkib hissələridir.

Bu işləri şəxs özü icra etməlidir. Başqasının müdaxiləsi icazəli deyil. Beləki, biri öz əli ilə dəstəmaz alanın əlini islatsın, yaxud üzünü yusun. Bu cür olmaz.

Yalnız xəstəlik, zəiflik və bu kimi zəruri hallarda bu əməllərin icrasına, bu cür kömək etməyə icazə verilir:

Beləki qolunu qaldıra bilməyənin əlindən tutub öz yaş əli ilə başına məsh çəkmək kimi, yaxud sol əlini tutub su ilə doldurub sağ qolunu yumağa kömək etmək kimi.

Bunlar kömək hesab olunur və yaınız zəruri hallarda icazəlidir.

Dəstamazın ərsəyə gəlib tamam olmasında digər qism isə müqaddimati işlər adlanır. Müqaddimatı işlər ifadəsini hazırlıq işləri kimi də tərcümə etmək olar.

Məsələn: Əlin çirkini yumaq, qolu çırmamaq, su gətirmək, su qızdırmaq. Fəqihlər su tökməyi də bu kimi müqəddimatı (hazırlıq) işlərdən hesab etmişlər.

Bu dəlilə əsasən dəstəmaz, suyu ovuca doldurduqdan sonra üzü yumaqla başlayır.

Mərciyyətə ünvanlanmış suallar:

Sual- Əgər dəstəmaz alan birinin əlinə aftafa və bu kimi şeylər vasitəsi ilə su tökələr, lakin dəstəmazı özü alarsa dəstəmaz səhihdirmi (düzdürmü)?

Cavab: Bəli! Dəstəmaz səhihdir.Lakin bu bəyənilmir . Yalnız üzün və əllərin yuyulmasında , yaxud məshin çəkilməsində kömək dəstəmazı batil edir (başqasının yuması və ya məsh çəkməsi). ((Urvətul-vusqa. Dəstəmazın şərtləri))

Cavab: Kərahəti olsa belə maneəsi yoxdur. (Ayətullah Xamenei)

Cavab: Müqəddimati işlərdə kömək etməyin müşkülü yoxdur. (Ayətullah Məkarim Şirazi).

(Suallar və cavablar Hadana.ir saitinə istinad edilib)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930