Bəndəliyin düsturu
Allah Təala Quranda buyurur: “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti bunu) bilmir”. (“Rum” 30).
Allah bu mübarək ayədə buyurur ki, varlığını və batinini Allahın həqiqi və xalis dininə tərəf döndər. Onun yolunda addımla. Allah insana bütün istedadları vermişdir, ancaq bu fitri istedadları bilqüvvə halındadır. İnsan onu bilfeil halına salaraq? onları çiçəkləndirə bilər. Din elə bir həqiqətdir ki, əgər təcəssüm olarsa, kamil insan halında olar. Evi inşa etməzdən əvvəl onun çertyojunu çəkərlər və o zaman ki, bu rəsm tikili halında zahir olar, ev halına düşər. Bu çertyojun üzərindən minlərlə belə ev inşa etmək olar. Din də belədir. Əgər insanlar tərəfindən onun göstərişləri yerinə yetirilərsə, o zaman kamil insan binası inşa edilmiş olar. Əhli-Beyt (ə) – dinin kamil mücəssiməsi idilər. Çünki dinin biz insanlar üçün çəkdiyi bütün rəsmlərini həyata keçirtmişdilər. Beləliklə deyə bilərik ki, hər bir insanda kamil olmaq istedadları vardır, sadəcə olaraq bilqüvvə halındadır. Bu insanın vəzifəsidir ki, Allahın ona əta etdiyi bu nemətləri işə salsın və onları əmələ çevirsin. İnsan dünyaya gələn zaman alma toxumuna bənzəyir. Onu alma ağacına bənzətmək olmur. Ancaq alma olmaq üçün onda bütün istedadlar bilqüvvə şəklində mövcuddur. Alma toxumu əgər münasib şəraitə düşərsə, o zaman alma ağacına çevrilər və böyüyər. Allah Təala Quranda buyurur: «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)». (“Nuh” 17). Bəs bilfeil olan insan kimdir? Quranın nəzərinə görə, bu, elə insandır ki, özündən heç nəyi olmaz və bütün varlığı Allahı nişan verər. Yəni, həqiqi mənada bəndə və Xəlifətəllah olar. Bu bəndə hər bir şeyini Allahdan bilər, hətta malik olduğu bədənini belə. Allahın göstərişindən qeyrisini yerinə yetirməz. Yəni, bu insan bütün varlığı ilə İslama təslim olmuşdur. Bu, həqiqi bəndəliyin düsturudur. İnsan hər şeyini, o cümlədən, öz cismini də Allahın malı biləndə, olur həqiqi bəndə. Bəli, budur həqiqi bəndə! /Deyerler.org/ Oxşar xəbərlər
|