ALLAH YOLUNDA İKƏN KİMSƏNİN MƏZƏMMƏT VƏ QINAĞINA BAXMA...
Mьəllif: admin1
Tarix: 20-01-2018, 22:16
ALLAH YOLUNDA İKƏN KİMSƏNİN MƏZƏMMƏT VƏ QINAĞINA BAXMA...
İnsanın seçiminə ictimai rəy böyük təsir göstərir. Onun qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn, bəzən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən” qazanmaq üçün meydana atılır. Afərinlər onu işə daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi yerinə yetirməlidir? Bəzən insan agah şəkildə hər hansı bir işi özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir, müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı həddə müqavimət göstərməlidir? Qurani-Kərimdə bu məsələ ilə bağlı buyurulur:

يا اَيُّها الَّذينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دينِهِ فَسَوْفَ يَأْتِى اللّهُ بِقَوْم يُحِبُّهُمْ و يُحِبُّونَهُ أَذِلَّة عَلَى الْمُؤْمِنيِنَ أعِزَّة عَلَى الْكافِرينَ، يُجاهِدوُنَ فِى سَبيلِ‌اللّهِ وَلايَخافُونَ لَوْمَةَ لائِم؛

“Ey iman gətirənlər, hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərlə mülayim, kafirlərlə sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar.” (“Maidə” surəsi, ayə 54.)

Uyğun təbirlə imam Əmirəlmöminin Əlinin (ə) oğlu imam Həsənə (ə) vəsiyyətnaməsində də rastlaşırıq. Həzrət buyurur:

وَ جاهِدْ فىِ اللّهِ حَقَّ جِهادِهِ وَ لا تَأْخُذْكَ فِى اللّهِ لَوْمَةُ لائِم، وَ خُضِ الْغَمَراتِ اِلَى الْحَقِّ حَيْثُ كانَ، وَ تَفَقَّهْ فِى الدِّيِنِ، وَ عَوِّدْ نَفْسَكَ التَّصَبُّرَ عَلَى المَكْرُوهِ، فَنِعْمَ الْخُلُقُ التَّصَبُّرُ فِي الْحَقِّ

“Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma, haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, haqq uğrunda dözümlülük çox gözəl xasiyyətdir.” (“Nəhcül-bəlağə”, məktub 31.)

Bəzən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara gəlmiş insan ətrafdakıların mənfi münasibəti səbəbindən süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də, Əmirəlmöminin (ə) oğlu imam Həsəni (ə) həmin təhlükədən xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.

Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər əhəmiyyətlidir ki, məsum imamlar (ə) bu xüsusiyyəti şiəlik meyarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn Yəzid Cöfiyə buyurur:

وَاعْلَمْ بِاَنَّكَ لاتَكوُنُ لَنا وَلِيّاً حَتّى لَوِ اجْتَمَعَ عَلَيْكَ اَهْلُ مِصْرِكَ وَ قَالُوا اِنَّكَ رَجُلٌ سوءٌ لَمْ يَحْزُنْكَ ذلِكَ وَ لَوْ قالوا اِنَّكَ رَجُلٌ صالِحٌ لَمْ يَسُرَّكَ ذلِكَ؛

“Ey Cabir! Əgər bizim dostlarımızdan olmaq istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb “sən pis adamsan” (ölüm olsun sənə) – şüarını verərsə, sənin qəlbinə zərrəcə təsir edib qorxutmasın. Hamı bir ağızdan (əhsən sənə,) “sən yaxşı adamsan” deyərsə, bu, səni şad etməsin.” (“Tuhəful-üqul”)

Sözsüz ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti onun qəddini sındıracaqdır. Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin. Onlar bütün ömürlərini islami dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət olunduqları vaxt süstləşmir, peşman olmurlar. İlahi niyyətlə dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən süstləşmir. Bəli, imam Əlinin (ə) buyurduğu kimi, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir tərəddüdə, süstlüyə yol verilməməli, şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir. Rəvayətdə buyurulur:

اِعرِضْ نَفْسَكَ عَلى) مَافِى (كِتَابِ‌اللّهِ فَاِنْ كُنْتَ سالِكاً سَبيلَهُ زاهِداً فى تَزْهيدِهِ راغِباً فى تَرْغيبِهِ خائِفاً مِنْ تَخْويفِهِ فَاثْبُتْ وَ اَبْشِرْ فَاِنَّهُ لا يَضُرُّكَ ما قيلَ فِيكَ وَ اِنْ كُنْتَ مُبائِناً لِلْقُرآنِ فَمَاذَا الَّذى يَغُرُّكَ مِنْ نَفْسِك

“Özünü Quranla qiymətləndir. Əgər yolun Quran yolu, zöhdün Quranın istədiyidirsə, Quranın dəvətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol. Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən. Əgər özünü Quranla qiymətləndirərkən Qurana zidd olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?” (“Biharul-ənvar”, 78-ci cild, 22-ci bölüm, səh.162, rəvayət 1.)

Bəli, Quranın nəyi yaxşı, nəyi pis qiymətləndirdiyini müəyyənləşdirərək, onun buyruqlarına itaət etmək lazımdır.

İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin. Həzrət Əli (ə) buyurur: “Dinini yaxşı öyrən”. Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də, insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.107, 115-118.)

(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031