İNSANDA ALLAHAXTARMA DƏRDİ
«[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.»
İnsan həmişə özü üçün mənəviyyət qapısı olub. «İnsanın, həmişə mənəviyyət qapısı olması və vücudunun qapısından məna aləmini görərək kəşf etməsi» sözlərinin mənası budur ki, onun ruhunda maddi hesablarla düz gəlməyən şeylər vardır. Təkcə keçmiş ruh alimləri deyil, müasir psixoloqlar da, insanda bu dünyanın maddi hesabları ilə izah edilə bilməyən və başqa hesaba malik olan şeylərin olmasını etiraf ediblər. Əziz islam Peyğəmbərinin belə bir sözü var: «Hər kim özünü tanısa Rəbbini tanıyar.» Qurani-kərim, dünyanın bütün əşya və varlıqları içərisində insana ayrı nəzərlə baxıb. Ona xüsusi əhəmiyyət verib. «Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...» . Quran, «insanların daxilində (ruhlarında)» sözlərini deməklə bu məsələni xüsusi şəkildə bəyan edib. Bu ayə dini ədəbiyyatda «xarici aləm» və «daxili aləm» terminlərinin yaranmasına səbəb olub. İnsanın daxili aləmində mövcud olan və maddi hesablarla izah edilə bilməyən şeylərin nədən ibarət olması barəsində soruşsanız, bunun çox geniş bir məsələ olması və burada həmin mövzuya toxunmaq fikrində olmadığımı bildirirəm. Ayətullah Mürtəza Mütəhhəri Oxşar xəbərlər
|