Hansı şəraitdə tövbə qəbul olunmaz?
Baxmayaraq ki, tövbə qapısı hamının üzünə açıqdır, ancaq bu fürsətdən sui-istifadə etmək olmaz. O insanlar ki, həyatları boyu günah və fəsad edirlər, ancaq ölüm anı gəlib çatan zaman tövbə etməyə çalışırlar – bu cür insanların tövbəsi faydasız olar. Çünki tövbənin özünəməxsus ədəb və şəraitləri vardır ki, onlara riayət olunmalıdır.
“Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar”. (“Ali-İmran” 90). Bu ayə bizə nələri çatdırmaq istəyir? 1. İmanın dəyəri çoxdur, bir şərtlə ki, ömrün sonuna qədər davam etsin. Əgər küfrlə sonlanarsa, işə yaramaz. 2. İnsan – ixtiyar sahibidir. İstəsə iman gətirər, istəsə də küfr edər. İstəsə imanında qalar, ya küfr edər. İstəsə tövbə edər, ya da günahına davam edər. 3. Hər bir kamalatın və yolunu azmaqların inkişaf və süqut dərəcələri vardır. 4. Allah Təala tövbəni qəbul edəndir. Ancaq o dəstə ki, tövbə şərtlərini əldən verirlər – tövbə və əfv onlara şamil olmaz. 5. Günaha və küfrə davam etmək – insanı tövbənin qəbul olmasından məhrum edər. “Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır”. (“Ali-İmran” 91). /Deyerler.org/ Oxşar xəbərlər
|