İslam dini qul ticarəti ilə necə mübarizə apardı?
İslam dini gəldi və cəmiyyətdə olan yanlış adət və vərdişləri aradan apardı və onu ən yaxşı şəkildə islah etdi.
İslam dininin islah etdiyi məsələlərdən biri də qul satışını və alışını aradan qaldırıb, insanlara azadlıq vermək olmuşdur. Bəs İslam dini bu işi necə yerinə yetirə bildi? 1. Zəkatı təyin etdi ki, onun səkkizdə bir hissəsindən qul satın alıb azad etmək olmuşdur. Ona görə də beytul-malda bu iş üçün büdcə ayrıldı və bu yolla qullar azad edilməyə başlandı. 2. Qul azad etməyi ən üstün ibadət kimi tanıtdı. Məsumlarımız (ə) bu işdə həmişə ilk sırada durmuşdular. Belə ki, nəql olunur ki, İmam Əli (ə) öz qazancı ilə 1000 nəfər qulu azad etmişdir. 3. İslamın rəhbərləri ən kiçik bəhanə ilə qul azad edirdilər və bu yolla başqalarına örnək olurdular. O zaman ki, İmam Baqirin (ə) qulu yaxşı iş görür, Həzrət (ə) ona buyurur: “Get, sən azadsan. Mənim xoşuma gəlmir ki, behişt əhli olan insanı xidmətimdə saxlayım”. İmam Səccad (ə) bərəsində nəql edilir ki, kənizi Həzrət (ə) üçün su tökən zaman qab əlindən düşür və Həzrətin (ə) başını yarır. Həzrət (ə) başını qaldırır və kəniz deyir: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, ... qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər”. (“Ali-İmran” 134). Həzrət (ə) buyurur: “Get, Allah üçün azadsan”. 4. Bəzi hədislərdə oxuyuruq ki, qul yeddi il xidmət etdikdən sonra azad olar. İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, buyurur: “Hər kimin imanı olar, yeddi ildən sonra azad olar, sahibi istəsə də, istəməsə də. O kəsin ki, imanı olar, yeddi ildən sonra onu xidmətə götürmək halal deyildir”. İslam dini kamil bir din kimi öz işini birdən-birə yerinə yetirməmişdir. Çünki yaxşı bilirdi ki, insanların adət və ictimai vərdişlərini birdən-birə dəyişdirmək mümkün deyildir. Ona görə də bu iş üçün tədrici yolu seçmişdir. Onun kamil qanunları cəmiyyəti tədrici olaraq dəyişdirmiş və islah etmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|