Ali dini rəhbər Ayətullah Xameneinin Xanım Zeynəbin (s.ə) hərəmini ziyarət etməsi
İranda İslam inqilabının qələbə qazanmasından 6 il sonra, ilk dəfə reallaşdırılmış xarici səfər, Suriyanın keçmiş prezidenti Hafiz Əsədin rəsmi dəvətilə o dövrdə prezident olan hazırkı ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən edilib. Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, 15 sentyabr 1984-cü ildə baş tutan səfər 7 gün davam edib və bu İran prezidentinin regiona səfərinin ilk başlanğıcı olub. İran prezidenti Suriyadan sonra Liviya və Əlcəzairə də səfər etmişdi. Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei Suriya səfəri çərçivəsində rəsmi görüşlərlə yanaşı, paytaxt Dəməşqdəki Həzrət Zeynəbi Kubranın (s.ə) mütəhhər hərəmini də ziyarət etmişdi. Deyerler.org Khamenei.ir-ə istinadən ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xameneinin xanım Zeynəbin (s.ə) mübarək hərəminə etdiyi ziyarətlə bağlı fotoları oxucularına təqdim edir. Oxşar xəbərlər
|