Bəndəni Allaha yaxınlaşdıran ən yaxın hal
Həzrət Peyğəmbər (s) buyurur: “Bəndəni Allaha yaxınlaşdıran ən yaxın hal – o haldır ki, bəndə Məbuduna səcdə edər. Ona görə də çoxlu dua edin”. Yəni, səcdə halında çoxlu dua edin.
Başqa hədisdə oxuyuruq ki, Abdullah ibni Hilal İmam Sadiqin (ə) yanına gəlir və malının dağılmasından və başına gələn giriftarlıqlardan şikayət edir. Bu zaman Həzrət Sadiq (ə) buyurur: “Səcdə halında dua et”. Sonra bu dediklərini izah etmək üçün və buyurur ki, bəndənin Rəbbinə ən yaxın halı o zamandır ki, səcdə edər. Bəli, bəndəni İlahi qürb məqamına yaxınlaşdıran ən üstün ibadət – səcdədir. Allah İblisi (lən) imtahan etmək istəyəndə də məhz ondan səcdə etməsini istəyir. İblisin (lən) imtahanı səcdə olur. Çünki həm zahiri və həm də batini cəhətdən ən ali ibadət hesab olunur. Səcdə ilə bağlı hədislərimiz çoxdur. İlahi peyğəmbərlərin (ə) hamısı məhz səcdə ibadəti ilə Allah Təala ilə raz-niyaz edir və həqiqi bəndə olduqlarını bu halda göstərməyə çalışırdılar. İmam Sadiqə (ə) bir nəfər sual verir: “Niyə Allah İbrahim Xəlili (ə) öz dostu olaraq seçmişdir? Bu ləqəbi ona vermişdir?”. Həzrət (ə) cavabında buyurur: “Çünki İbrahim (ə) Allaha çoxlu səcdə edərdi. Özünü Allah üçün torpağa atardı”. Bəli, həqiqi bəndənin ən xalis ibadəti – məhz səcdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|