İŞİD-in lideri Əl-Bağdadi Afrikaya qaçdı
Böyük Britaniyanın "The Suyun" qəzeti təkfirçi vəhhabi İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin Afrikaya qaçdığını yazıb.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, qəzet iraqlı bir mütəxəssisin İŞİD-in qurucularının hamısının öldüyünü, təşkilatın lideri Əbubəkr Əl-Bağdadinin də gizləndiyini söylədiyini açıqlayıb. Əl-Bağdadinin İraqdan qaçıb Afrikada gizləndiyini iddia edən iraqlı mütəxəssis, Əl-Bağdadinin təşkilatını yenidən gücləndirmək istədiyini bildirib. Misirli bir ekspert isə, qəzetə belə deyib: "İŞİD üzvlərinin İraq ilə Suriyadan qaçmasından sonra, Əl-Bağdadi də böyük ehtimalla Afrikaya qaçıb". Digər tərəfdən, Camiatül İslamiyyənin keçmiş lideri Nacih İbrahim isə, Əl-Bağdadinin Çadın şimalında və ya Əlcəzair ilə Nigeriya arasındakı qanunsuz sərhəd bölgəsi kimi bir yerdə ola biləcəyini söyləyib. Oxşar xəbərlər
|