Cümə günü bu namazı qılan, Siratdan pərvaz edib keçər
Mьəllif: admin1
Tarix: 26-01-2018, 10:35
Cümə günü bu namazı qılan, Siratdan pərvaz edib keçər
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə “Ayətül-kürsü” oxuyar, axirətdə Allah Təala ona iki qanad verər ki, Sirat körpüsünün üzərindən və behiştdə hara istəsə uça bilər”.

Digər gözəl əməl barədə İmam Sadiq (ə) buyurur: “Cümə günündə heç bir əməl Muhəmməd (s) və onun nəslinə göndərilən salavatdan üstün deyildir”.

Cümə günü sədəqə vermək baxımından da xüsusi fəzilət daşıyır. İmam Baqir (ə) buyurur: “Cümə gününün sədəqəsi, cümə gününün başqa günlərdən fəzilətinə görə ikiqat hesab olunur”.

Cümə günündə kiçik əməllə ailəni sevindirmək barədə isə Əmirəl-möminin (ə) buyurur: “Hər cümə axşamı bir qədər meyvə ilə mənzil əhlinə və ailənizə daxil olun ki, cümə günündə şad olmaqlarına səbəb olsun”.

Allah Təala bizlərə cüməni dərk etmək tövfiqi nəsib etsin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031