Naməhrəmlə bir otaqda tək qalmaq olmaz
Mьəllif: admin1
Tarix: 27-01-2018, 10:23
Naməhrəmlə bir otaqda tək qalmaq olmaz
Dini təlimlərdən belə nəticə çıxartmaq olar ki, insanı kəbirə günaha düçar edə bilən amillərdən biri də naməhrəmlə bir otaqda tək qalmaqdır.

Lənətlik İblis Həzrət Musaya (ə) belə bir tövsiyə verir: “Ey Musa! Biganə qadınla xəlvət etmə, çünki hər kim belə etsə, mən özüm onun yarı olaram, köməkçilərim deyil”.

Həmçinin başqa yerdə Həzrət Nuha (ə) belə deyir: “Nə zaman biganə qadınla xəlvət etsən və sizinlə heç kəs olmaz, məni yadına sal”.

Şeytan özü açıq şəkildə insanı xəbərdar edir ki, əgər naməhrəmlə xəlvət etsən, bil ki, mən səni vəsvəsə edər və günaha batıraram.

Bunu da qeyd etmək lazımdır ki, bəzən naməhrəmlə ictimai məsələlərə görə tək qalmalı olunur. Misal üçün təhsil, müşavirə və s. kimi. Bu zaman da zəruridir ki, dini vəzifələrə riayət olunsun və ümumi məkanlarda həyata keçirilsin. Belə olan halda şeytanın yolları bağlanmış olar.

Baxmayaraq ki, şeytan insanın qatı düşmənidir amma Allah Təala haqq sözü düşmən vasitəsilə də çatdıra bilir ki, təsiri güclü olsun.

İmam Əli (ə) buyurur: “Müdrikcəsinə olan mövzuları öyrənin, hətta əgər onu deyən müşrik olsa belə”.

Beləliklə hər bir halda - günah və fəsad olmasa belə, naməhrəmlə bağlı qapı arxasında xəlvət etmək bəyənilməyən əməllərdəndir, çünki şeytanın vəsvəsə yollarını açıq qoyar. Hər bir halda naməhrəmlə görüşən zaman sizdən başqa kiminsə otaqda olmasına şərait yaradın. Yaxud, camaatın get-gəl etdiyi yerdə olun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031