Quru çörəklə kifayətlənsəydi, it vəziyyətinə düşməzdi...
Necə ki, sərvət və nemətlər insanları başqalarından ehtiyacsız edir, qənaət də insanı başqalarına möhtac olmaqdan qoruyur və ona insanlıq izzətini verir.
Həris insanlara əgər nəzər salsaq, görərik ki, onların nə rahatlığı vardır, nə də əmin-amanlığı. Hədəflərinə çatmaq üçün hər iş görməyəhazırdırlar. Bu zaman özlərini zəlil və xar halına salırlar. İnsanın izzəti – qənaətdədir. Qənaət – sona çatmayan xəzinədir. Əmirəl-möminin (ə) buyurur: “Hər kim ona verilən ruziyə kifayət edərsə, rahatlığa çatar”. Yəni, bu insan dünya malına görə qəm yemir və həyatda asudə xatir yaşayır. Həzrət Peyğəmbər (s) buyurur: “Qənaət – elə xəzinədir ki, fani olmur”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Qənaət – o maldır ki, tamam olmur”. İmam Əli (ə) buyurur: “Qənaət kimi ehtiyacsız edən xəzinə yoxdur”. Bir gün böyük alimlərdən biri məscidə namaz qılmaq üçün gedir. Görür ki, bir neçə uşaq yazı yazmaqla məşğuldurlar. Yemək vaxtı çatanda biryerdə çörək yeyirlər. Uşaqlardan ikisi o alimin yanında əyləşmişdilər. Biri zəngin insanın övladı idi, biri də kasıb. Zəngin uşağın bir qədər halvası var idi, yoxsul uşağın quru çörəyi. Zəngin uşaq halva yeyirdi və kasıb uşaq ondan bir qədər halva istədi. Zəngin uşaq dedi: “Əgər halva istəyirsənsə, gərək mənim itim olasan”. O, qəbul etdi. Zəngin uşaq dedi: “İt səsi çıxart”. O qəflətə düşüb, hətta it kimi də hürdü və zəngin uşaq onun qabağına bir qədər halva atd. Və bu hərəkət bir neçə dəfə təkrar oldu. Alim bu vəziyyəti görəndə ağladı və ondan ağlamağının səbəbini soruşdular. Dedi: “Baxın, görün tamah insanın başına nələr gətirir. Əgər o kasıb uşaq həmin çörəklə kifayətlənsəydi və o biri uşağın halvasına tamah salmasaydı, heç bir zaman it olmazdı”. /Deyerler.org/ Oxşar xəbərlər
|