Qeybətin kəffarəsi nədir?
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.
Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”. Möminin abrını qorumağın mükafatı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”. Qulağına hakim ol! Qeybətə, yalan, böhtana, digər iyrəncliklərə qulaq asma. İmam Əli (ə) buyurur: “Qulağını yaxşılıqları eşitməyə adət etdir. Sənin düzgünlüyünü artırmayan şeylərə qulaq asma. Çünki bu iş qəlbləri paslandırar və məzəmmətə səbəb olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|