Ayətullah Mərəşi Nəcəfidən Quran barədə mühüm elmi tövsiyə
Mьəllif: admin1
Tarix: 29-05-2021, 23:16
Ayətullah Mərəşi Nəcəfidən Quran barədə mühüm elmi tövsiyə
Ayətullah Mərəşi Nəcəfi islamın böyük alim, fəqihlərindəndir.

Ustad Nəcəf şəhərində 1315 q. (1894m.) ilində üləma ailəsində doğulmuş, Nəcəf elmi hövzəsində dərs almışdır.

Böyük alim sonradan Qum şəhərinə hicrət etmiş, Qum elmi hövzəsində təlim və tədrislə məşğul olmuş, 92 ilə yaxın bərəkətli ömür sürmüşdür.

Ayətullah Mərəşi Nəcəfi öz kitabxanası ilə məhşurdur. Ustad Nəcəf şəhərindən Quma hicrət edərkən özü ilə zəngin kitabxanasını da gətirmiş, Qumda olduğu müddətdə bu kitabxananı daha da zənginləşdirmişdir. Hazırda alimin kitabxanası dünyanın ən zəngin kitabxanalarından biridir.

Ayətullah Mərəşi Nəcəfi dünyasını dəyişdikdə bütün İslam aləmi hüznə qərq olur, İran, Pakistan, Livan kimi öklələr 3 gün rəsmi matəm elan edirlər.

Mərhum ustadın mübarək bədənini Xanım Məsumənin (ə) pak məzarı yaxınlığında dəfn etmək istəyirlər. Lakin övladları və yaxınları ustadın vəsiyyətinə əsasən onun pak bədənini sağlığında təsisi etdiyi kitabxananın girişində dəfn edirlər.

Ustad vəsiyyət edibmiş ki, qoy kitab üçün gələn oxucu və tələbələr mənim məzarım üstündən keçsinlər.

Mərhum alim, arif, ustad Ayətullah Mərəşi Nəcəfi öz övladlarına, yaxınlarına, tələbələrinə Quran barədə önəmli və faydalı bir tövsiyyə edərək buyurur:

“Mənzilinizdə Quranı heç vaxt əliniz çatacaq, gözünüz görəcək yerdən uzağa qoymayın ki, hər zaman gözünüz onu görsün. Hər dəfə Qurandan bir neçə ayə oxuyun, yaxud dinləyin. Beləcə kitabdan bir şey öyrənin!”.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031