Qadınla malına görə, zahirinə görə evlənənin aqibəti
Mьəllif: admin1
Tarix: 23-12-2020, 10:25
Qadınla malına görə, zahirinə görə evlənənin aqibəti
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla malına görə evlənərsə, Allah onu (qadının) malı ilə özbaşına buraxar.

Hər kim onunla camal və gözəlliyinə görə evlənərsə, onda xoşuna gəlməyən şeyləri görər.

Hər kim onunla dininə görə evlənərsə, Allah bütün bu faydaları (mal, gözəllik) onun üçün cəm edər”.

Öz xanımına bax.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, gözünüz bir qadına dəydi və heyrətə gəldiniz, öz xanımınızın yanına gedin ki, onda da o qadında gördüyünüz şey mövcuddur”.

Allah üçün ən pis halal nədir?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur halal – boşanmaqdır”.

Beləliklə, mübarək dinimiz müsəlmanlara boşanmaq ixtiyarı vermişdir, amma bunu son dərəcədə pislənən bir əməl kimi tanıtmışdır.

Ailə üzvləri boşanmağı ağıllarına belə gətirməməli, çalışıb münasibətlərini islah etməlidirlər.

Bəs o zaman ki, Allah ailənin xeyrini istəyər, nə baş verər? Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailənin xeyrini istəsə, onları dindən agah edər, kiçikləri böyüklərə ehtiram göstərər, həyatlarında mehribanlıq və ruzilərini xərcləməkdə mötədillik qərar verər, eyiblərindən agah edər ki, onu aradan qaldırsınlar”.

Mübarək dinimiz insanın ailənin xidmətində durmasını bəyənir. Buyurulur ki, ailəyə xidmət – kəbirə günahın kəffarəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Ailəyə xidmət etmək kəbirə günahlarının kəffarəsi, Allah qəzəbini söndürən, hurul-eynin mehriyyəsi, həsənə və dərəcələri artırandır.

Ey Əli! O kəs ailəsinə xidmət edər ki, siddiq, ya şəhid, ya Allahın dünya və axirət xeyiri istəyi kəs olsun”.

Bax, beləcə misilsiz dəyər verilir ailəsinə xidmət edən kişinin səylərinə.

Allah Təala bütün müsəlmanları bu tövsiyələrə əməl edənlərdən qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930