Ailəyə ziyan vuran amilləri tanıyaq
Hədislər və Quran ayələrinə müraciət edərək, ailəyə ziyan vuran amilləri tanıyaq ki, onları aradan qaldırmaq bizim üçün asan olsun.
Ailəyə dəyən ziyanları üç dəstəyə bölürlər: 1. Ümumi ziyanlar. 2. Kişiyə aid ziyanlar. 3. Qadına aid ziyanlar. Ümumi ziyanlar. Bu, elə ziyanlardır ki, adətən kişi və ya qadın tərəfindən olmaz. Bəlkə ata və ya ana və ya başqa biri tərəfindən olur. Bu ziyanlar ibarətdir: 1. Ailə həyatına məcbur edilmək. Xoşbəxt bir ailənin şərtlərindən biri budur ki, cütlər ailə quran zaman heç kimin təzyiqi altında olmasınlar. Özləri azad şəkildə bu rabitəyə razılıq versinlər. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Ruhlar hazır ordu kimidirlər və onlardan hər biri o birisi ilə tanış olar və ona uyğunlaşar. Bir yerdə ülfət əldə edərlər. Onlardan hansı biri o birisi ilə tanış olmazsa, bir-birindən fərqlənərlər”. Ona görədir ki, məcburu evliliklər davamlı olmur. İbni Əbi Yəğur adlı bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Mən bir xanımla ailə qurmaq istəyirəm, ancaq valideynlərim məni başqa biri ilə evləndirmək istəyirlər. Mən nə etməliyəm?”. İmam (ə) buyurur: “O kəslə evlən ki, özün istəyirsən və ata və ananın istədiyi şəxsi isə boş burax”. Həzrət Peyğəmbər (s) dəfələrlə bəyan etmişdi ki, ailə quran zaman hər iki tərəf azad olmalıdır. Əlbəttə valideyn cavana nəsihətlər verə bilər, ancaq onu bu evliliyə məcbur etmək düzgün deyildir. 2. Ağır mehriyyə. Mehriyyə - ərin həyat yoldaşına verdiyi bir hədiyyədir. Qadın bilir ki, onun ehtiram və izzətini saxlamaq üçün kişi gərək ona hədiyyə versin. Quran buyurur: “Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir)”. (“Nisa” 4). Mehriyyə gərək həqiqətən hədiyyə kimi olsun. Ağır bir mehriyyə hədiyyə olmaz, işgəncə olar. Bu əməl ailə bağlarını da sarsıdar. Həzrət Peyğəmbər (s) buyurur: “Ən gözəl mehriyyə - onun yüngül olanıdır”. Başqa yerdə oxuyuruq: “Qadınların mehriyyəsində həddi aşmayın. Çünki qadın həqiqətdə Sübhan Allahın yağışıdır”. Həzrət (s) yenə buyurur: “Mehriyyəni asan edin, çünki o kişi ki, qadına ağır mehriyyə verər, qadına qarşı qəlbində kin olar”. “Qadınların mehriyyəsində həddi aşmayın, çünki düşmənçik mənbəyidir”. 3. Dəyərsiz meyarlara görə evlənmək. Əgər evlilikdə meyar tayfanı gücləndirmək, özünü nümayiş etdirmək, şöhrətpərəstlik, sərvət sahibi olmaq olarsa, dəyərsiz meyarlar olar. Bu cür meyarlar ailə bünövrəsini sarsıdar. Həzrət Peyğəmbər (s) buyurur: “Qadınları, qohumluq rabitəsini güclədirmək üçün evləndirməyin. Çünki bu iş qohumluq rabitələrinin qırılmasına səbəb olar”. Həzrət (s) yenə buyurur: “Hər kim bir qadınla qüdrətinə görə evlənərsə, Allah xarlığından başqasını artırmaz. Hər kim bir qadınla malına görə evlənərsə, Allah yoxsulluğundan başqasını artırmaz. Hər kim bir qadınla nəsəbinə görə evlənərsə, Allah açlaqlıqdan başqa heç nəyi artırmaz. Hər kim bir qadınla ona görə evlənərsə ki, gözünü haramdan və naməhrəmdən bağlasın, ya ətəyini pak saxlasın, Allah o qadınla kişiyə bir-biri üçün bərəkət verər”. İmam Sadiq (ə) buyurur: “Nə zaman bir kişi qadınla gözəlliyinə və ya malına görə evlənərsə, həmin gözəllik və malla özbaşına buraxılar. Nə zaman dininə görə evlənərsə, Allah gözəllik və sərvəti də ruzisi edər”. 4. Ağıl büluğundan əvvəl evlənmək. İslam dini cavanların tez evlənməsini həmişə bəyənmiş və ona təşviq etmişdir. Ancaq hər bir cavan ağıl büluğuna çatmalıdır. Çünki əgər büluğa çatmazsa təzə ailəyə bəla gətirər. Ola bilsin ki, ayrılıqla sonlansın. Oxşar xəbərlər
|