Bu 3 sifət insanların məhəbbətini cəlb edər. Digər 3 sifət isə behişti vacib edər
Loğman oğluna buyurur: “Oğlum! Heç kəsi paltarının köhnə olmasına görə həqir hesab etmə. Çünki sənin də, onun da Allahı birdir”.
Beləliklə, İslam dini insanların zahiri əlamətinə görə onlara münasibət göstərməyi yasaqlayır. Eyni zamanda, mübarək dinimiz insanların məhəbbətini cəlb edən gözəl xüsusiyyətləri bizə tanıdır. İmam Cavad (ə) buyurur: “Üç sifət məhəbbəti cəlb edər: 1. İnsanlarla rəftarda insaflı olmaq. 2. Onların çətinliyinə həmdərd olmaq. 3. Mənəviyyatla birlikdə olmaq”. Mübarək buyuruşlarda başqaları üçün dua etməyin israrını görürük. Bəs bunun fəlsəfəsi nədir? Həzrət Peyğəmbər (s) buyurur: “Salamatlığı başqaları üçün istə, Allah onu sənin ruzin edər”. Yəni, salamatlığı həm ona və həm də sənə verər. Həm səni bəhrələndirər, həm də onu. Beləliklə, insanın eqoizmdən, ancaq özünü düşünməkdən imtinası onun həm mənəvi durumunu zənginləşdirər, həm də dərhal hiss edə biləcək bəhrələr verər. İnsan – ictimai varlıqdır. Bu baxımdan, qonşuların insana verdiyi qiymət – mübarək dinimizin nəzərində mühüm meyarlardan sayılır. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qonşuların söhbət edən zaman səni yaxşı əməl sahibi bilərlər – deməli sən yaxşı əməl sahibisən. Əgər qonşuların səni pis əməl sahibi hesab edərlər – deməli sən pis əməl sahibisən”. Əlbəttə ki, söhbət dürüst qonşulardan, mənəvi insanlardan gedir. Belə ki, məhz düzgün dəyərlər sistemi üzərində düzənlənən münasibətin əhəmiyyəti var. Bəs insanın yaxşı və ya pis olmasını necə bilmək olur? Yaxşılıq və pislik əhlini tanımıaq – əməllə bəlli olar. İmam Əli (ə) buyurur: “Yaxşılıq və pislik insanlardan başqası ilə tanınmaz. Ona görə də əgər yaxşılığı tanımaq istəyirsənsə, yaxşılıq et ki, əhlini tanıyasan. Əgər pisliyi tanımaq istəyirsənsə, pislik et ki, əhlini tanıyasan”. Mübarək dinimiz ictimai münasibətlərə hər zaman xüsusi önəm verir. Bu baxımdan, aşağıda göstərilən sadə, amma misilsiz mənəvi ağırlığı olan əməlləri yerinə yetirənlər behişt zəmanəti alırlar. İmam Sadiq (ə) buyurur: “Hər kim bu işlərdən birini Allah dərgahına aparar, Allah behişti onun üçün vacib edər: yoxsulluq zamanı infaq etmək, hamı ilə gülərüz olmaq, insaflı rəftar”. Allah Təala bizə bu buyuruşlara əməl etmək tövfiqi versin, inşəallah! Oxşar xəbərlər
|