Siddiqeyi-Tahirə (s.ə) – Allahın qırılmaz kəndiridir
Qurani-Kərim – Allahın ipidir və qırılmaz kəndiridir. Bu kəndiri Allah nazil etmişdir. Ancaq Quranın nazil olması yağışın nazil olması kimi deyildir. Bu kəndiri Allah nazil etmişdir, yəni bəşərə sanki sallamışdır.
Yağışın nazil olması – su damcılarının yerə atılmasıdır. Ancaq Quranın nazil olması bu İlahi kəndirin yuxarıdan aşağıya sallanması deməkdir. Hər kəs bacardığı qədər çalışır ki, elm və əməli ilə bu kəndirdən yapışa bilsin. Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) da Allahın qırılmaz kəndirləridir. Onlar İlahi övliyalardandırlar. O kamil insana Vəliyallah deyirlər ki, elm və əməlini vasitə olmadan birbaşa Allahdan alar. Belə bir insan olur Allahın vəlisi. Bütün Əhli-Beyt (ə), Allahın yer üzərində olan vəliləridir. Məşhur hədisdə oxuyuruq: “Bu kəndirin bir tərəfi, yəni Quran Allahın əlindədir. Bir tərəfi isə sizin əlinizdədir”. Həzrət Zəhra (s.ə) başqa Məsumlar (ə) kimi Allahın mətin və möhkəm kəndiridir. Bu kəndiri bizim üçün Allah sallamışdır. Onun bir tərəfi Allahın “əlindədir” və bir tərəfi isə insanların əlində qərar tutmaq üçün sallanır. Bu, bizik ki, o kəndirdən yapışmalı və onu möhkəm tutmalıyıq. Əgər Xanımın (s.ə) sünnəsinə və bizlərə verdiyi nəsihətlərə əməl etsək, o kəndirdən yapışmış olar və onun şəfaəti ilə İlahi qürbə yaxın olanlardan olarıq. Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) qızımın nuru - Allah nurundandır. Qızım Fatimə (s.ə) səmalardan və yerdən daha üstündür”. /Deyerler.org/ Oxşar xəbərlər
|