Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (s) qızı Fatimənin (s.ə) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox? Həyat yoldaşı da Xanımın (s.ə) yanına gəlir və bu sualı verir.
Xanım (s.ə) buyurur: “Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə - o, bizim davamçılarımızdandır”. Həyat yoldaşı gəlir və Xanımın (s.ə) sözlərini ərinə deyir. Əri deyir: “Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar”. Kişinin xanımı yenə Həzrət Fatimənin (s.ə) yanına gəlir və ərinin sözlərini banuya çatdırır. Həzrət Fatimə (s.ə) buyurur: “Ona de ki, güman etdiyi kimi deyildir. Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar. Əgər bizim əmr və nəhyimizlə müxaliflik edərsə, bizim davamçımız deyildir, baxmayaraq ki, behiştə getsə belə. Ancaq bəla və çətinliklər vasitəsilə günahlardan pak olandan sonra. Və ya Qiyamət günü müxtəlif çətinliklərdən və ya cəhənnəmin ən üstün təbəqəsində əzab olduqdan sonra pak olar. O zaman bizə qarşı olan məhəbbətinə görə cəhənnəmdən ona nicat verərik və öz yanımıza apararıq”. /Deyerler.org/ Oxşar xəbərlər
|