Məqsədə çatmaq üçün yalan danışmaq olarmı?
Hər bir insanın bu həyatda hədəf və məqsədləri vardır. Bəs bu məqsədlərə hər bir yolla çatmaq olarmı, o cümlədən, zülm etmək olarmı?
Bu mövzu – xüsusilə də ictimai fərdlərə aid olan mövzulardandır. Məgər vəzifə və məqama çatmaq üçün hər bir yoldan istifadə etmək olarmı? Əvvəl vədə verirsən və elə ki, məqsədində olduğun kürsüyə əyləşirsən – hər şeyi unudursan. Makiavellinin əqidəsinə görə, insan məqsədinə çatmaq üçün hər bir yoldan bəhrələnə bilər. Açıq şəkildə deyirdi ki, hakim öz məqamını saxlamaq üçün yalandan, fırıldaqdan, kobudluqdan, qətldən və başqa qeyri-əxlaqi və cinayət əməllərindən istifadə edə bilər. Bəs İslam dini bu əqidəni nə qədər qəbul edir? Allah Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) açıq şəkildə əmr verir: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. (“Nəhl” 125). Bu ayə buyurur ki, insanları hidayət etmək və doğru yola dəvət etmək üçün yalandan istifadə etməyə və digər bu kimi işlərə icazə verilmir. Bu, o deməkdir ki, əgər bütün insanlar yolunu azsalar və sən də bir yalanla onları hidayət edə bilsən, hətta onda da belə, bu işi görmə. Əmirəl-möminin (ə) buyurur: “Mənə tövsiyə edirsiniz ki, qələbə çalmağım üçün hökumət etdiyim insanların haqqında zülm edəm. Allaha and olsun ki, o zamana qədər ki, canım bədənimdədir, gecə və gündüz bərqərardır, səmanın ulduzları bir-birinin ardınca doğur və batır – heç bir zaman bu işi görməyəcəyəm”. İmam Əli (ə) onu Müaviyyə (lən) ilə müqayisə edənlərə buyurur: “Allaha and olsun ki, Müaviyyə məndən siyasətçi deyildir, (məqsədinə çatmaq üçün) fırıldaq edir və müxtəlif günahlara düçar olur. Əgər fırıldaqdan bezar olmasaydım, mən ən siyasətçi insan olardım”. Ona görə də deyə bilərik ki, dinimizin nəzərində hər bir ictimai insan məsuliyət daşıyır və ona yalan danışmağa, fırıldağa əl atmağa, kobudluq etməyə icazə verilmir. Çünki bu, insanlara zülm etməkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|