Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Bəzi insanlar ölən zaman özlərindən heç bir nişanə və ad qoyub getmirlər. Bəzi insanlar isə öz dövrünün insanlarına elə təsir qoyurlar ki, dünyalarını dəyişəndən sonra belə, undulmurlar.
Lakin bəzi insanlar vardır ki, bütün dövrlərə təsir edə bilmişdilər. Yəni, bu insanların tarixdə əbədi qalmaq istedadları vardır. Həzrət Zəhra (s.ə) da bu cür şəxsiyyətlərdən biri olmuşdur. Bu banunun ömrü 18 ildən çox olmamışdır. Ancaq Xanım (s.ə) bu bərəkətli ömrü boyu bir sünnənin təməlini qoymuşdur ki, bütün əsrlər boyu unudulmur. İmam Zaman (ə.f) onu gözəl örnək adlandırmışdır. Həzrət Zəhra (s.ə) bütün insanlıq üçün bir nümunədir. Cəmiyyətşünasların nəzərinə görə, bir cəmiyyətin geridə qalmasının əsil səbəbi – cavanların layiqli örnəklərdən ibrət almamasıdır. Həzrət Zəhra (s.ə) bütün cavanlar üçün gözəl örnək ola bilər. Çünki bu banu eyibsiz və nöqsansızdır, kamil bir örnəkdir. Bütün cəmiyyət üçün nümunə olmaq qabiliyyətinə malikdir. Həzrət Fatimə (s.ə) – müsəlman qadınların iffət nişanəsidir. Bu Xanım (s.ə) ancaq evində əyləşən xanımlardan deyildi. Tarix şahidlik edir ki, Xanım (s.ə) başqa qadınların dəvətini qəbul edər, atasının evinə gedib-gələrdi. Ühüd döyüşündə başqa qadınlarla bir yerdə yaralılara yardım edərdi. Məkkənin fəthində və vida həccində atası ilə birlikdə idi. Həzrət Həmzənin (ə) şəhadətindən sonra davamlı olaraq Ühüdə gedər və onun qəbrini ziyarət edərdi. Bəzən də Həzrət Peyğəmbəri (s) məxsus səhabələri ilə bir yerdə evinə dəvət edər və onlara xidmət edərdi. Bütün bu hallarda və zamanlarda iffət və hicab mövzusuna ən kamil surətdə diqqət göstərərdi. Həzrət Zəhra (s.ə) həmişə bu düşüncədə olardı ki, qadın gərək insanlıq kəramətini dərk etsin və özünü başqalarının meyillərinə qurban etməsin. Həzrət Fatimə (s.ə) istəyirdi ki, hər bir qadın fəsaddan və əxlaqi rəzil sifətlərdən uzaq olsun və özünü qorusun. Həzrət Əli (ə) buyurur: “Biz bir gün Peyğəmbərin (s) xidmətində əyləşmişdik. O, buyurdu: “Mənə xəbər verim görüm, hansı şey qadın üçün daha yaxşıdır?”. Heç kəs Həzrətin (s) cavabını verə bilmədi. Qalxıb dağıldılar. Mən Həzrət Fatimənin (s.ə) yanına gəldim və sualı ona dedim. Dedim ki, heç kim Peyğəmbərin (s) cavabını verə bilmədik. Xanım (s.ə) buyurdu: “Mən bu sualın cavabını bilirəm. Bir qadın üçün ən yaxşı şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Mən Peyğəmbərin (s) yanına qayıtdım və dedim: “Ya Rəsulallah! Bir qadın üçün ən üstün şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Həzrət (s) təəccüb edərək buyurdu: “Siz ki, əvvəl burada idiniz və bir şey demədiniz. Bu cavabı haradan gətirmisən?”. Dedim: “Fatimədən (s.ə)”. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır”. Xanım (s.ə) bu dəyərli kəlamı ilə onu demək istəyirdi ki, iffətli qadın bacardığı qədər naməhrəm kişilərin olduğu yerlərdən çəkinməlidir. Əlbəttə, bu o demək deyildir ki, qadın ancaq evində əyləşməlidir. Xeyr, çünki Xanımın (s.ə) həyatına nəzər salan zaman görmək olur ki, özü də cəmiyyət içində olmuş və lazım olan zaman hətta xətiblik belə etmişdir. Bu hədisdə məqsəd odur ki, qadın naməhrəm kişilərin içində olan zaman öz danışıq və rəftar tərzinə diqqət etməli və əxlaqa zidd olan əməllərdən çəkinməlidir. /Deyerler.org/ Oxşar xəbərlər
|