İmam Zaman (əc) müasir texnologiya qarşısında nə edə bilər?-Arif Noxudəkinin cavabı
Bu əhvalatı İmam Rzanın (ə) hərəmində Şeyx Həsənəli Noxudəkinin qəbrinin yanında bir qoca kişi bizim hörmətli ustadımıza danışmışdı:
İkinci Dünya Müharibəsi zamanı İranda müharibə olmasa da, digər ölkələrinin qüvvələri İrandan gəl-get edirdilər. Onların gəl-get etdiyi yollardan biri də Məşhədin Noxudək kəndindən keçirdi. Bir nəfər (mənə) danışırdı ki, Şeyxlə birlikdə onun kəndin qırağında yerləşən bağına getmişdik. O zaman təyyarə və maşın təzə ixtira olmuşdu. Bunlar camaat üçün çox təəccüblü idi. Şeyxdən soruşdum: - Bu qədər inkişaf və texnologiyanın qarşısında İmam Zaman (əc) necə gələcək? Bunlara qarşı necə müqavimət göstərəcək? Şeyx heç nə demədi. Sonra bağdan çıxıb divarın yanında oturduq. Yoldan xarici ölkənin maşın karvanı keçirdi. Şeyx əlindəki iri mıxı yerə vurdu. Mıxın qarşısına çatan birinci maşın dayandı və söndü. Maşındakılar yerə endilər, amma nə qədər çalışsalar da, maşını işə sala bilmədilər. Ora çatan ikinci maşın, üçüncü maşın da dayandı. Mıxın qarşı hissəsinə çatan hər bir maşın dayanırdı və onu işə sala bilmirdilər. Sonra Şeyx Həsənəli mıxı yerdən çıxartdı. Birinci maşın işə düşdü. Beləliklə o biri maşınlar da işə düşüb, öz yollarına davam etdilər. Şeyx burada mənim sualımın cavabını verib dedi: - Mən İmam Zamanın (əc) kiçik bir əsgəri olduğum halda belə iş görə bilirəmsə, gör indi İmam Zaman (əc) hansı işləri bacarar! Mürtəzəviniya, Məhəmmədbaqir,“Örnəklər və ibrətlər”, səh. 37-38. Oxşar xəbərlər
|