İbadət edənlərin 3 dəstəsi
Bəndəlik edən insanların ibadəti üç qismə bölünür
1. Qulların ibadəti. Bu qisimdən olan bəndələr cəza qorxusundan ibadət edirlər. Yəni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar, ibadət etməzdilər. Bu qisim insanların ibadətinə “qulların ibadəti” deyilir. 2. Tacirlərin ibadəti. Bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərinin müqabilində Cənnəti alırlar. Onların ibadəti “tacirlərin ibadəti” adlanır. Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisimdən olan insanlar tərifəlayiqdir. Quran da uyğun yol və məqsədlərdən istifadə edir: “Ağacları altından çaylar axan cənnətlər.”17 “Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”18 “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını satın almışdır.”19 “Sizi Cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik.”20 “Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir.”21 İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur. 3. Azad şəxslərin ibadəti. Bu qisimdən olan bəndələr yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, Cənnət və Cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Belə insanların ibadətinə “azad şəxslərin ibadəti” deyilir. Əgər insan həqiqəti anlayarsa, nemət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın həyat, varlıq, hidayət və sair nemətlərdə onun üzərində haqqı olduğunu anlayar. Bu isə insanın Allah qarşısında ibadət etməsinə kifayətdir. Məhəbbət və ya təşəkkürü bildirməklə qılınan iki rükət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rükət namazdan üstündür. 17 “Bəqərə” surəsi, ayə 25. 18 “Səff” surəsi, ayə 10. 19 “Tövbə” surəsi, ayə 111 20 “Muddəssir” surəsi, ayə 42-43. 21 “Furqan” surəsi, ayə 65. www.ahliman.info Oxşar xəbərlər
|