İnsan dünyada etdiyi bu əməllərin cəzasını çəkmədən heç vaxt ölməz
Dünyada görülən heç bir iş, deyilən heç bir kəlimə, hətta çəkilən heç bir nəfəs belə hədəfsiz, qarşılıqsız deyildir. Hər bir nəfəs yaşamağa xidmət etdiyi kimi, hər bir əməlin və rəftarın arxasında da özünə məxsus niyyət və məqsəd durur. Bu məqsəd işin hədəfidir.
Hər bir iş hədəfsiz olmadığı kimi qarşılıqsız da deyildir. Bu qarşılıq insana Allah Təala tərəfindən müxtəlif dolayı vasitələrlə yetişir. Kimlərsə bu dolayı yetişmələri anlayaraq səbəbini özündə, kimlərsə anlamayaraq səbəbi nəticələrdə axtarır. Günah və savab məfhumları da bir dini istilah olaraq insanların əməllərinə verilən şərti adlardır. Bu şərti adların həqiqəti, onun insana qazandırdığı nəticədir. Bəzi əməllər insana mükafat, bəziləri isə pis aqibət və çətinlik qazandırır, insanın aqibət və müqəddəratını müəyyən edir. İmam Əli (ə) öz hədislərində əməllərin insanın taleyinə təsirinə, hətta bəzi əməllərin nəticəsinin axirətə belə qalmadan bu dünyada öz qarşılığını görəcəyinə işarə edərək buyurur: “Allahın peyğəmbəri (s) belə buyurdu: Bir neçə günah əməl vardır ki, cəzası axirətə qalmadan nəticəsi bu dünyada öz sahibinə yetişər. Bunlar: Valideyni incitmək və onun üzünə aq olamq, İnsanlara qarşı zülm və sitəmkar olmaq, Nemətə və yaxşılığa küfür (nankorluq).” (Əmali Şeyx Mufid- 237) Həzrət Əli (ə) qeyd edir ki, bu və bu kimi əməllərin pis nəticəsi hesabı qiyamət günün hesabına qalmadan bu dünyada öz sahibinə yetişər. Bu kimi əməllər qiyamətə qalmadan öz sahibinin qarşısına çıxar. Hələ dünyada ikən bunun acı nəticəsini yaşayar. Ömrünün sonunda, ölüm ayağında olsa belə bunun əvəzi ondan alınar. Təbii ki, qiyamət və cəhənnəm əzabı da öz yerində. Oxşar xəbərlər
|