“Camaatın ayağının altında qaldığım o an ömrümün ən gözəl anı idi” - Ayətullah Ruhullah Xomeyni
Mьəllif: admin1
Tarix: 10-02-2022, 22:10
“Camaatın ayağının altında qaldığım o an ömrümün ən gözəl anı idi” - Ayətullah Ruhullah Xomeyni
Fevralın biri İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin 14 il sürgündən sonra İrana dönməsi gününə təsadüf edir.

Bu gündə onu Tehranda 3 milyon insan qarşılamışdı. Onun bu gəlişi şahənşah rejiminin süqutunu qətiləşdirdi və bu gündən 10 gün sonra artıq şahənşah rejimi süqut etmiş oldu.

Ayətullah Ruhullah Musəvi Xomeyni ilk çıxışını bitirdikdən sonra cəmiyyətin izdihamından Behişti-Zəhradan çıxa bilmirdi. Onu helikopterlə aparmaq qərarına gəldilər.

Bu zaman cəmiyyətin şövqü sayəsində yaranan izdiham onu daha da sıxırdı. Artıq İmam Xomeyninin yanında duran Mufəttih və Ənvari cənablarının özləri kütlənin sıxıntısından haldan getmişdilər.

Hamı onun əbasına toxunmaq istəyirdi. Bu zaman İmam Xomeyninin əmmaməsi başından yerə düşdü. O anda imam da bir anlığa yerə çökmüşdü.”

“Natiq Nurinin xatirələri” və Qulaməli Rəcainin yazdığı “Bərdaşthayi əz sireye Emam Xomeyni” əsərində deyilir:

“İmam o an haqda belə deyirdi: Mənin bu ömrümün ən gözəl anı o zaman idi ki, bir anda hiss etdim ki camaatın əl-ayağı altında qalmışam və sanki ruhum bədəndən ayrılır”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031