Lənət edən insanı, mömini dili ilə sancanı, çirkin sözlər deyəni Allah özünə düşmən bilir
Mьəllif: admin1
Tarix: 2-02-2018, 22:31
Lənət edən insanı, mömini dili ilə sancanı, çirkin sözlər deyəni Allah özünə düşmən bilir
Bəzən dilimizlə bütün dünyanı ayaqlarımızın altına səririk, bəzən dilimizlə ibadət edirik, bəzən də qeybət. Bu dil – bədənimizin kiçik bir üzvüdür, ancaq dünya və axirət taleyimizə təsir qoya bilir.

Dili kontrol etməmək həyata məhvedici təsir qoya bilər. Sonradan nəticələrini aradan qaldırmaq mümkünsüz olar. Ailə rabitələrində şahidik ki, dili kontrol etməmək insana nə qədər bəla və xoşagəlməz hadisələr gətirə bilər. Valideyni övladından ayırar, həyat yoldaşlarını boşanma uçurumuna qədər gətirib çıxardar.

Dilin bəlası çoxdur. Hər birinin özünəməxsus izahatları vardır. Dillə insanları sancmaq da dilin bəlalarından biridir. Dil yarası qılınc yarasından da pisdir. Qılınc yarası dərman və müalicə nəticəsində sağalır və yaxşılaşır. Ancaq dil yarası sağalmazdır.

İmam Baqir (ə) buyurur: “İnsanların sizə ən yaxşı sözü deməsini istəyirsinizsə, siz onlara deyin. Çünki Allah lənət edən insanı, mömini dili ilə sancanı, çirkin sözlər deyəni düşmən bilir”.

İmam Hüseyn (ə) buyurur: “İnsanın dili hər gün əzalarına yaxınlaşar və deyər: “Necəsiniz?”. Onlar deyərlər: “Əgər sən bizi özbaşına buraxsan, yaxşıyıq. Allahdan qorx və bizimlə işin olmasın”. Ona and verər və deyərlər: “Biz ancaq sənin vasitənlə savab qazanırıq. Sənin vasitənlə cəzalandırılırıq””.

İnsan o zaman ki, danışmaq və ünsiyyət qurmaq qaydalarından uzaq olar, insanlara əsəbi və məntiqsiz cavablar verər.

İmam Baqir (ə) buyurur: “Həqiqətən, bu dil bütün yaxşılıqların və pisliklərin açarıdır. Ona görə yaxşı olar ki, mömin dilinə möhür vursun, necə ki, öz qızıl və gümüş (kisəsinə) möhür vurar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031