Batini bilən ustaddan ibrətamiz əhvalat
Mьəllif: admin1
Tarix: 3-02-2018, 10:22
Batini bilən ustaddan ibrətamiz əhvalat
Ustad Hüseyn Ənsarian nəql edir: “Bir gün mərhum Ayətullah Hacıağa Rəhiminin yanına getmişdim. O, mənə buyurdu: “İsfahanda Bədih adlı bir müəllimim var idi. O vaxt mənim 20 yaşım var idi. Bir gün bir yerdə tədris aldığım Ayətullah Birucerdi və Şeyx Mustafa Taliqani ilə Bədih müəllimin yanında oturmuşduq. O, bizim üçün qəribə bir əhvalat danışdı.

Mərhum Bədih dedi: “İsfahanda tələbə olduğum zamanlar Hacı Mirzə Həsən Nayibi adlı bir müəllimim var idi. Eşitmişdim ki, o batini görən bir alim idi.

Bir dəfə onunla tək qalanda ona dedim: “Ağa heç kimə demədiyiniz və bildiyiniz şeylərdən mənə bir kəlmə deyə bilərsinizmi?”

Cavab verdi: “Özün deyirsən ki, heç kimə deməyim. Bəli, sən də o insanlardansan ki, sənə heç nə deməməliyəm”.

Dedim: “Baş üstə müəllim”. Sonra da getmişdim.

Ancaq mən bu müəllimdən əl çəkmədim. O qədər yanına getdim ki, müəllim yoruldu.

Mən ona dedim: “Müəllim, mən sizi buraxmayacağam, başqasına demədiyiniz o şeylərdən bir kəlmə mənə deyin”.

Müəllim dedi: “Olsun, ancaq sən ona dözə bilməzsən. Mənə bu elmi ona görə veriblər ki, əvvəl dözməyi veriblər, sonra bu elmi veriblər.

Ancaq mən ondan istifadə etmirəm”. Sonra mənə bir yazı verdi. Soruşdum ki, bu duanı nə vaxt oxumalıyam.

Buyurdu: “Cümə axşamı günorta vaxtı polad divarın qarşısında dayanıb, oxu”.

Mən bu cür də etdim və cümə axşamının əsr vaxtı polad divarın qarşısına keçdim və bu yazılan duanı oxudum. Gördüm ki, bu polad divarın üzəri itlərlə, donuzlarla, ayılarla və qəribə heyvanlarla dolmağa başladı.

Onların arasında bir-iki nəfər əsəbi adam da var idi. Bir müddətdən sonra insan sifətində olan adam mənə yaxınlaşıb dedi: “Bədih, bizimlə nə işin vardı?”.

Bu zaman özümdən getmişəm. Bilmirəm nə qədər o vəziyyətdə qalmışam, ancaq özümə gələndə ayağa qalxmağa taqətim yox idi. Sabahısı İsfahana gəldim və müəllimin yanına getdim.

Salam verdim və o, dedi: “Mən sənə demişdim, axı dözə bilməyəcəksən. Ancaq sən getdin və o biri tərəfdə hansı sifətdə olacaq insanların halını gördün. Bu qədər sənə bəsdir və ehtiyatlı ol ki, onlar kimi olmayasan”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031