Teyyul-ərz üçün məkan məhdudiyyəti varmı?
Mьəllif: admin1
Tarix: 3-02-2018, 18:41
Teyyul-ərz üçün məkan məhdudiyyəti varmı?
Teyyul-ərz – məkan və zamanı üstələməklə səciyyələnən qeyri-adi bir hadisədir. Qurani-Kərim Həzrət Süleymanın (ə) dastanında bu haqda buyurur: “(Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?».

Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!».

Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm».

Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: “«Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir»”. (“Nəml” 38-40).

Həmin şəxs Süleymanın (ə) dostu idi ki, zaman və məkanı üstələyərək, Səba mələkisinin taxtını bir göz qırpımında gətirib çıxardır.

Bəs teyyul-ərzin təfsiri vardırmı?

Biz bu qeyri-adi hadisəni dərk edə bilməsək də, Məsumlarımızın (ə) və bir çox dahi alimlərimizin də belə bir qüdrəti olmuşdur. Bu, elə qüdrətdir ki, zaman və məkana tabe olmur və insan bir göz qırpımında istədiyi məkana gedə bilir. Baxmayaraq ki, bu məkan uzaqdadır, ancaq teyyul-ərzin bu fasiləyə acizliyi yoxdur.

Hər bir halda hazırkı elmlə bu qeyri-adi hadisəni izah etmək müşkül məsələdir. Sadəcə, bu məqama çatan insanları görür və eşidirik. Bu qüdrətə malik olan insanlar isə onun sirrini heç bir zaman açıqlamayıblar.

Hər bir halda bu qüdrətə o kəslər malik olmuşdular ki, nəfsləri ilə müxaliflik etmiş və özlərinə nəfsi istəklərinə qalib gəlmək yolunda əziyyətlər çəkdirmişdilər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930