Ölümə bənzədilən həyat necə olur? – Qurani-Kərimin nəzəri
Ölüm – elə bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Ancaq bəzən insan dünyada elə yaşayır ki, hətta ölüdən də fərqlənmir.
Ölümə bənzədilən həyatlar: 1. Ölüm – quru cansızlıq kimidir. “Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır”. (“Rum” 19). 2. Ölüm – unudulmaq deməkdir. “Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım”. (“Məryəm” 23). 3. Ölüm, nadanlıq və mənəviyyatın aradan getməsi deməkdir. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. (“Ənam” 122). 4. Ölüm – şiddətli qəm və qüssə deməkdir. “Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki, o, ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır”. (“İbrahim” 17). 5. Ölüm – yuxuda olmaq kimidir. “Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir”. (“Ənam” 60). 6. Ölümün həqiqətini görənlər yenə də qəflətdədirlər. “Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!». Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?». Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim)”. (“Bəqərə” 259). 7. Qayıdışınız Ona tərəfdir, ancaq yenə də ayılmırsınız. “Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 28). İmam Sadiq (ə) nəql edir: “Bir nəfər Əbuzərin yanına gəlir və deyir: “Ey Əbuzər! Bizim niyə ölümdən xoşumuz gəlmir?”. Deyir: “Çünki siz dünyanızı abad, axirətinizi xarab etmisiniz. Ona görə də abad evdən xarab evə köçməkdən xoşunuz gəlmir””. İnsan necə yaşayarsa o cür də ölər. İslami təlimlərə əsasən, behişt və cəhənnəm insanın seyr etdiyi hər üç aləmdə: yəni dünyada, bərzəxdə və axirətdə də məna kəsb edər. Mömin insanlar dünyada da behiştdə yaşayarlar. Haqqı inkar edənlər və kafirlər dünyada da cəhənnəmdə yaşayarlar. Ona görə də bərzəx aləmi möminlər üçün behişt bağları, kafirlər üçün cəhənnəm quyuları olar. Əgər insan bu dünyada ölümü yada salsa və özünü ona hazır etsə, o zaman həyatda da diri kimi yaşayar, kafirlər kimi ölü olaraq deyil. /Deyerler.org/ Oxşar xəbərlər
|