"Mürid yığmaq həvəsində olanların əqli uşaq əqlidir" - Cavad Amuli
Mьəllif: admin1
Tarix: 4-02-2018, 16:30
"Mürid yığmaq həvəsində olanların əqli uşaq əqlidir" - Cavad Amuli
"Məqam və mövqe insanın xidmət edə bilməsi üçün istifadə edəcəyi bir oyuncaqdır. Lakin əgər biri həmişə bütün ömürünü bu oyuncağa ayıracaq olsa, ortaya çıxacaq görünüş oynamaq və əylənmək olar.

Oyuncaqlar oyun oynayanlar üçün yaradılıb ki, onunla məşğul olsunlar, yorğunluqlarını çıxarmaq üçün arada bu işlərə baş vursunlar. Lakin bütün ömrünü buna sərf etsə, 80 yaşında olsa da, o bir uşaqdır.

Mürid yığmaq həvəsilə daim diqqət mərkəzində olmaq istəyənlər, əlini öpdürmək və bu kimi şeylərə vaxtını xərcləyən kəslər yaşları 70-80 olsa belə əqilləri həddi-büluğa çatmamış kiçik bir uşaq əqlidir.

"Ənkəbut surəsinin başlanğıcı imtahan mövzusu ilə əlaqədardır. Daha sonra bir neçə peyğəmbərin hekayəsindən söz açılır. Sonda isə buyurulur: "Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər.

Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! Allahdan başqasına güvənib sığınanların halı hörümçək toruna sığınanların vəziyyətinə oxşayır. Burada onun dayağının nə olduğunun heç bir əhəmiyyəti yoxdur; özünə güvənib dözə bilər və ya hər hansı bir bütə, adama ya da qrupa Hər vəziyyətdə Allahdan qeyrisinə bel bağladığından müşrikdir. Belə biri, hörümçək toru kimi sığınacaqların ən zəifinə sığınmışdır."
(Ayətullah Cavad Amuli -
İslamazeri)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031