İnsanın yoxsulluğuna səbəb olan amillər. İnsanın ruzisini artıran amillər
Mьəllif: admin1
Tarix: 5-02-2018, 10:06
İnsanın yoxsulluğuna səbəb olan amillər. İnsanın ruzisini artıran amillər
İmam Əli (ə) buyurur: “Evlərinizdəki hörümçək torlarını təmizləyin ki, yoxsulluğa səbəb olar. Cənabət halında yemək yemək yoxsulluğa səbəb olar.

Yoxsulluğa səbəb olan başqa amillər:

- Ayaq üstə saçı daramaq.

- Evi nəcis saxlamaq.

- Yalandan and içmək.

- Zina.

- Çoxlu hərislik.

- Məğrib və işa namazları arasında yatmaq.

- Günəş çıxmazdan əvvəl yatmaq.

- Yalana adət etmək.

- Ğinaya qulaq asmaq.

- Gecə vaxtı yoxsul insanı rədd etmək.

- Qohumluq əlaqəsini kəsmək”.

Sonra buyurur: “Sizə ruzini artıran şeylərdən xəbər verimmi?”.

Deyirlər: “Bəli”.

Buyurur:

- Sübh namazının təqabatı(nı yerinə yetirmək);

- Sileyi-rəhm;

- Evi çirkdən pak etmək;

- Möminə təsəlli vermək;

- Sübh çağı ruzi dalınca getmək;

- İstiğfar etmək;

- Haqqı demək;

- Ayaqyolunda danışmamaq;

- Həris olmamaq;

- Şükür etmək;

- Haram anddan uzaq olmaq;

- Yeməkdən əvvəl əlləri yumaq;

- Süfrəyə tökülən yeməyi (qırıntıları) yemək.

Hər kim hər gün 30 dəfə “Sübhənallah” deyər, Allah 70 növ bəlanı ondan uzaq edər ki, onların ən asan olanı – yoxsulluqdur”.

Allah Təala Özü bizləri qəni etsin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031