Ayətullah Mərəşi Nəcəfinin qeybi agahlıqla hidayət etdiyi məmur
Şahın dövründə məmurlardan biri istefa edir və azad peşə ilə məşğul olmağa başlayır. Ondan bu işinin səbəbini soruşurlar və o, deyir: “Ayətullah Mərəşi Nəcəfinin bəsirəti bu işə səbəb olmuşdur”.
Soruşdum: “Məsələ necə olub?”. Dedi: “Mən hər axşam saat 12-dən səhər saat 8-ə qədər Qumun Ərəm küçəsində məmur idim. Namaz üçün hamama getmək ehtiyacım yarandı və yanımda pulum yox idi. Təxminən saat 2 idi və İsfahandan bir avtobus gəlib çatdı. Hərəmin qarşısında dayandı və hamı avtobusdan düşdülər. Mən getdim və dedim: “Niyə burada saxlamısan, vəsiqəni göstər”. Sürücü əlimə beş tümən qoydu. Düşündüm ki, hamam pulum düzəldi. Səhər çağını gözləyirdim və həmişəki kimi, Ayətullah Mərəşi Nəcəfini gördüm ki, hərəmə tərəf gedir. Ancaq o gecə yolunu dəyişdirdi və mənə tərəf gəldi. Mənə çatan kimi salam verib buyurdu: “Qabağa gəl!”. Mənə beş tümən verdi və dedi: “Bu pulla hamama get, o (səndə olan) pulla hamama getmək olmaz”. Dedim: “Baş üstə!”. O gündən bəri qərara aldım ki, məmurluqdan istefa verim və azad işlə məşğul olum. İndi Allaha şükür, vəziyyətim yaxşıdır. Həcc ziyarətinə də getmişəm. Ayətullah Nəcəfi özü məni görməyə gəlmişdi”. /Deyerler.org/ Oxşar xəbərlər
|